Icma.az
close
up
RU
Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır

Ukrayna uzunmüddətli müharibəyə hazırlaşır

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Donetsk bölgəsində yerləşən Ukraynanın Pokrovsk şəhəri süqut təhlükəsi ilə üzləşir. Eyni zamanda Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını gücləndirir.
Reyting.az
“Reuters”ə istinadla xəbər verir ki, Rusiyanın cəbhədə irəliləyişi çox yavaş və böyük itkilərlə müşayiət olunsa da, hazırda sülh müqaviləsi üçün real perspektiv görənlər azdır.
Nəşr yazır ki, əksinə, hər iki tərəf vətəndaşlarını və iqtisadiyyatlarını bəlkə də, daha bir neçə il davam edə biləcək “sonsuz müharibə”yə hazırlamağa çalışır.
Təkcə 2025-ci ilə qədər istehsal olunacaq dronların ümumi sayının 4 milyona çatacağı təxmin edilir. Lakin bəzi analitiklər kifayət qədər xarici maliyyələşmə olduğu halda bu rəqəmin iki dəfə arta biləcəyini düşünürlər.
Eyni zamanda “Chatham House Ukrayna”nın əməkdaşı Yaroslava Barbierinin sözlərinə görə, münaqişənin açıq xarakteri o deməkdir ki, Ukraynada bir çoxları artıq hərbi xidmətə “cəbhəyə birtərəfli bilet” kimi baxırlar, çünki komandirlər uzun illər xidmət edən təcrübəli əsgərləri tərxis etmək istəmirlər.
Nəşrin qeyd etdiyi kimi, indiyədək çağırışçılar və işğaldan sonra könüllü olan şəxslər müharibənin sonuna qədər davam edə biləcək daimi müqavilələr imzalayırdılar. Lakin son plana əsasən, yeni hərbçilərin əsasən beş il xidmət etməsi nəzərdə tutulur.
“Ukrayna ordusunun bu rəqəmlərə həqiqətən nail olub-olmayacağı başqa bir sualdır: indiyə qədər dronlara investisiyaları artırmaqla yaranmış boşluğu doldurmaq səyləri yetərli deyil”, - deyə nəşr bildirir. Əlavə olunur ki, bəzi hesablamalara görə, Pokrovsk uğrunda son döyüşdə iştirak edən rus qoşunlarının sayı bəzən Ukrayna müdafiəçilərindən doqquz dəfə çox olur.
Ruslara irəliləyişləri baha başa gəlib: bəzi ukraynalı ekspertlər hesab edirlər ki, 2025-ci ilin oktyabrına qədər rus qoşunları arasında ölənlərin sayı 25 min nəfərə çata bilər. Bununla belə, Ukraynada on minlərlə gənc kişi ölkəni tərk edib və bu, Kreml yeni əsgərlərin sayını artırmaq üçün addımlar atdığı bir vaxta təsadüf edir.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri