Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs qətimkan tədbiri seçilib YENİLƏNİB VİDEO
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 iyul, AZƏRTAC
İrandan narkotik vasitələrin tranzitində və onlayn dövriyyəsində şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.
AZƏRTAC xəbər verir ki, saxlanılan şəxslər Səbail Rayon Məhkəməsinə gətirilib. Onlar vəkillərlə təmin edilib.
Məhkəmədə 8 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimatlara ayrı-ayrılqda baxılıb.
Məhkəmənin verdiyi qərara əsasən, onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və digər maddələri ilə cinayət işi başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 İyul 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















