Icma.az
close
up
RU
Rusiya xalqı onları da anlayacaq: Azad düşünən hər kəs hədəfdədir

Rusiya xalqı onları da anlayacaq: Azad düşünən hər kəs hədəfdədir

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qusmanla Markov nə ilkdirlər, nə də son. Tinkov, Şenderoviç, Belkovski, Nevzorov və başqaları Rusiya üçün ədaləti xarici ölkələrdə axtarırlarsa, Qusman və Markov düz sözü heç nədən qorxub ehtiyatlanmayaraq Moskvada söyləyirlər.

Əgər II Dünya müharibəsi illərində internet və rəqəmsal KİV mövcud olsaydı, bəlkə də o dövrün insanları da teleekranlarda və yazılı mətbuatda bu gün Rusiya mediasında baş verənlərə bənzər mənzərənin şahidi ola bilərdilər. O vaxt faşizm ideologiyasının ən ciddi ruporu kino və sənədli filmlər idi. Faşizmin ideoloqları da bu resurslardan maksimum şəkildə yararlanırdılar.

İndi bu funksiyanı üzərinə rəqəmsal media və TV götürüb ki, bunun da bariz nümunəsini biz Rusiyada əyani şəkildə izləyirik. Bombalamağa, yer üzündən silməyə, nüvə silahını işə salmağa, işğal etməyə çağırışlar Rusiya telekanallarının efirindən səslənən ən adi mesajlardır. Digər xalqları aşağılamaq, rus identikliyinin fövqəladə üstünlüyünü göstərməyə çalışmaq sanki mavi ekranlara çıxan aparıcı və "ekspert"lərin öhdəlik götürdükləri ən əsas missiyadır. Son günlər bu vəzifələrə daha biri də əlavə edilib: obyektiv olmağa çalışan öz vətəndaşlarının da üzərinə hücum çəkib, onları cəmiyyətdə özgələşdirmək, zorla aqressiv ictimai qınaq obyektinə çevirmək, təhqir etmək...

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Azad düşünən hər kəs hədəfdədir

Əslində, bu xətt Ukraynadakı müharibənin ilk günündən tətbiq edilməyə başlandı. Yüzlərlə jurnalist, politoloq ölkədən qaçaraq canlarını qurtarmağa çalışdı. Bugünkü Rusiyada onları "inoagent", yəni xarici casus "status"una "layiq görüblər". Belə çıxır ki, indi Rusiyada Solovyov, Simonyan, Babayan, Keosyan və s. kimi düşünə bilməyən, işğal, yaxud məhv etmək çağırışları səsləndirməyənlər sadəcə, "casus"durlar...

Rusiyanın mərkəzi şəhərlərindən kənarda bölgələr var ki, ərazisinin 70-80%-də normal su təchizatı və kanalizasiya yoxdur. Sivilizasiyanın ən primitiv əlamət və tələblərinin olmadığı bir dövlət digərlərinə, ələlxüsus da qonşularına bu aqressiv tərzlə hansı inkişaf, tərəqqi və çiçəklənmə vəd edə bilər?

"Daxili düşmən" və "milli xəyanətkar" axtarışı

Ötən həftə Rusiyanın informasiya resurslarında müasir rus şovinizmi maşınının tırtılları altına salınan daha iki "xəyanətkar"ın linçlənməsi müşayiət olundu. Hər cümləsindən qan fışqıran, hərdən adamda "bunlar reallıqla əlaqəni tam itiriblər" təəssüratı yaradan XXI əsr rus ideologiyasının simaları - Solovyov və onun "təmiz rus" olan erməni şərikləri özlərinə yeni təhdid hədəfləri tapıblar: yuxarıda adları çəkilən Qusman və Markov. Nədir ki, onlar Şuşada keçirilən III Qlobal Media Forumunda iştirak edib, Azərbaycanın dövlət başçısına sualla müraciət edib, ünvanına xoş sözlər işlədiblər.

Bu şəxslər Azərbaycana məxsus mülki təyyarənin "uf" demədən vurulmasından sonra Rusiya ictimai və siyasi düşüncə tərzinə hakim olan direktivlər çərçivəsindən "kənara çıxaraq" "düşmən dövlət"ə səfər ediblər deyə linc olunurlar. Solovyov onlar haqqında təhqiramiz sözlər söyləyir, "alçaqlığa yol verdiklərini" dilə gətirir. Rus jurnalistlərin Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Şuşaya getmələrini qınayır. "Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi, ümid edirəm, Markov, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq. Orada olub həmkarlarımızın, həmvətənlərimizin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır", - deyə Solovyov baltalayır.

Qusman və Markov az öncə bu təhdid və təhqiredici epitetlərin istifadə ediləcəyi simaların siyahısında deyildilər. İndi isə "daxili düşmən" və "milli xəyanətkar"dırlar. Bir dövlət ki, öz daxilində, vətəndaşları arasında düşmən və xain ovuna çıxıb, deməli, onun xaricdəki işləri o qədər də yaxşı getmir. Bu, təbii bir proses, uğursuzluğu kiminsə üstünə atmaq, şəxsi məğlubiyyətini başqa insanların və səbəblərin ayağına yazıb, özünü sığortalamaq cəhdidir. Necə deyərlər, cahillik özü-özünü içindən parçalayır. Bu reallıq Rusiya dövlətinin şüuraltısının inikasıdır...

Rusiya xalqı onları da anlayacaq...

İflasın ən bariz nümunələri olan baş verənlər tarixdən gəlib-keçmiş istənilən imperiyanın həyatında yaşanmış qaçılmaz reallıqlardır. Rusiyada Solovyov və Simonyan kimilərinin efirlərinə baxan milyonlarla vətəndaş var və təəssüf ki, onların böyük bir qismi də daxildə və xaricdə düşmən axtarışına haqq qazandırırlar. Dünyagörüşləri budur. Ancaq Rusiya kimi həmişə proqressiv düşünən insanların olduğu bir ölkədə mövcud "əyri güzgülər" gerçəkliyinin çox davam etməsi çətindir.

Qusman illər boyu Rusiyanın dövlət informasiya agentliyində yüksək vəzifə tutub, vəzifəsinin öhdəsindən layiqincə gəlib və müasir rus cəmiyyətinin intellektual cameəsində sayılıb-seçilən şəxslərdən biri olub. Eynilə Markov da Rusiyanın ictimai-siyasi düşüncə müstəvisində rəylərinə ciddi önəm verilən, sözünün çəkisi olan ekspertlərdəndir. Dünən fikirlərinə yüzminlərlə insanın qulaq asdığı bu şəxslərin birdən-birə Azərbaycanda təşkil edilmiş bir forumda iştirak etməklə düşmənə çevrilmələrinə heç Solovyovun tamaşaçı kontingentinin daxilində də hamı inanmır. Nə etmək olar, baxmağa fərqli heç nə, qulaq asmağa isə başqa heç kim yoxdur...

Qusmanla Markov nə ilkdirlər, nə də son. Tinkov, Şenderoviç, Belkovski, Nevzorov və başqaları Rusiya üçün ədaləti xarici ölkələrdə axtarırlarsa, Qusman və Markov düz sözü heç nədən qorxub ehtiyatlanmayaraq Moskvada söyləyirlər. Dünyaya Puşkin, Dostoyevski və Tolstoyu bəxş edən rus xalqı nə vaxtsa onları da anlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri