Icma.az
close
up
RU
Rusiya “xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi

Rusiya “xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiya-Azərbaycan münasibətlərində soyuqluq yaranıb. AzTV-nin hazırladığı süjetdə Rusiyada Kremlin sifarişi ilə rəsmi Bakıya qarşı qaralama kampaniyasının aparılması detalları ilə göstərilib.

İki ölkə arasında hazırkı gərginlik bizi hara aparır? Rusiya kimi heç bir ölçü tanımayan bir dövlətlə toqquşma Azərbaycana nə vəd edir? Söz atışması mərmi atışmasına çevrilə bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Rusiyanın hakimiyyət dairələrinə yaxın olan və Rusiya dövlətinin ayrı-ayrı proqramları çərçivəsində maliyyələşdirilən media resurslarında, bu ölkənin təbliğat terminatorları vasitəsilə ölkəmizin ünvanına həqarət yağdırılması, ilk növbədə Azərbaycanla Rusiya arasında bəyannamənin, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in müddəaları ilə ziddiyyət təşkil edir:

“Rusiya media resurslarında Azərbaycan əleyhinə aparılan ucuz, bəsit təbliğat-təxribat kampaniyaları ikrah doğurmaqdan başqa heç bir işə yaramır və bu qəbildən olan davranışlarla nəticə əldə edəcəklərini düşünənlər, ən azı qarşılarındakı təqvimə baxıb, hazırda XXI əsrin üçüncü onilliyində yaşadıqlarının fərqinə varmalıdırlar.

Bu gün dünyadakı ikili standartlardan gileylənən Rusiyanın, başqalarına münasibətdə tətbiq etməyə çalışdığı çoxsaylı standartların mahiyyəti və palitrası, Moskvanın beynəlxalq münasibətlər sisteminin ədalətsizliyi ilə bağlı iddialarının üzərinə də kölgə salır. Çünki ədalət bütöv, bölünməz anlayışdır və onu simonyanların, solovyovların və bu qəbildən olan digər xarabalıq bayquşlarının interpretasiyasında istədiyin, arzuladığın kimi təqdim edə bilməzsən.

İndiki şəraitdə, Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya səmasında vurulması faktı ilə bağlı müvafiq hüquqi addımların atılması, yəni cinayətkarların cəzalandırılması və təzminat ödənilməsi əvəzinə ucuz şouların təşkil edilməsi Azərbaycan-Rusiya münasibətlərinin təməl istiqamətlərinə zidd olmaqla yanaşı, mənəvi-əxlaqi, dövlət ədəbi və ərkanı baxımından da ən yaxşı halda anlaşılmayan, təəssüf doğuran və olduqca ziyanlı bir yanaşmadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Yanvar 2025 07:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri