Mədəniyyət evi, yoxsa xarabalıq? VİDEO
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətə düşüb. Bir zamanlar kütləvi tədbirlərin keçirildiyi mədəniyyət ocağı hazırda qəzalı vəziyyətdədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Baxımsızlıq səbəbindən binanın pəncərələri sınıb, qapı və döşəmələri çürüyüb, divarlarında isə dərin çatlar yaranıb. Dam örtüyü sıradan çıxdığı üçün yağıntı suları tavanın aşınmasına səbəb olub. Binanın zal hissəsi isə tullantılarla dolub.
Sözügedən vəziyyətlə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət müəssisələrinin dayanıqlığının və xidmət səviyyəsinin ölçülməsi üçün mütəmadi monitorinqlər aparılır:
"Monitorinqlərin nəticələri əsasında müəssisələrin fəaliyyəti qiymətləndirilir. Yeni mədəniyyət infrastrukturunun qurulması məqsədilə prioritetlər müəyyənləşdirilir və müvafiq layihələr hazırlanır".
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 28 Mart 2026 23:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















