Rusiya XİN: Astana və Bakıdakı səfirliklərimiz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqinə Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı
sözləri ilə başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova Bak-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin göyərtəsində Rusiya vətəndaşlarının da olduğunu söyləyib.
“Biz qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq. Rusiyanın Astana və Bakıdakı səfirlikləri, Qazaxıstanın Uralss şəhərindəki Baş konsulluğumuz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar. Diplomatlarımız məlumatları dəqiqləşdirmək və sağ qalan həmvətənlərimizə yardım təşkil etmək üçün Aktauya ezam olunublar”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















