Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşüb
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.
Bakıvaxtı.az bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.
Nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Qazaxıstanın XİN başçıları Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər
06 Dekabr 2024 09:47

