Icma.az
close
up
RU
Rusiya XİN in əməkdaşı dövlət sirrlərini ABŞ yə satıbmış

Rusiya XİN in əməkdaşı dövlət sirrlərini ABŞ yə satıbmış

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş əməkdaşı Arseniy Konovalovun maddi maraq qarşılığında xarici kəşfiyyatla əməkdaşlıq etdiyi müəyyən edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Nəticədə o, saxlanılıb və dövlətə xəyanətdə təqsirli bilinərək məhkum olunub.

Məxfi məlumatlar xaricdə ezamiyyət zamanı ötürülüb

Təhlükəsizlik orqanlarının araşdırmasına görə, Konovalov XİN-də çalışdığı dövrdə ABŞ ərazisində uzunmüddətli ezamiyyətdə olub. Məhz bu müddətdə o, xidməti fəaliyyəti ilə bağlı bildiyi məxfi məlumatları pul qarşılığında ABŞ kəşfiyyatının nümayəndələrinə ötürüb.

FTX-nin bildirdiyinə görə, Konovalov ABŞ-də olduğu müddətdə təşəbbüs göstərərək ona məlum olan dövlət sirrlərini amerikalı xüsusi xidmət orqanlarına təqdim edib. Bu faktlar əsasında FTX-nin İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanılıb və istintaq aparılıb.

Məxfi məlumatların ötürülməsində şübhəli bilinən Konovalov 2024-cü ilin mart ayında Rusiyada saxlanılıb. Onun saxlanılması və verdiyi ilkin reaksiya videoya çəkilərək yayımlanıb. Kadrlarda FTX əməkdaşının özünü təqdim etdiyi, Konovalova dövlətə xəyanət şübhəsi ilə saxlanıldığını bildirdiyi görünür. Hadisədən xəbərdar olub-olmadığı soruşulduqda, Konovalov bunu təsdiqləyərək "Bəli" cavabını verib, lakin dərhal izahat verməkdən imtina edib.

Saxlanılma zamanı onun qollarına qandal vurulub, mobil telefonu götürülüb. Konovalov səfərin sakit keçib-keçməyəcəyi ilə bağlı suala da müsbət cavab verib. Daha sonra o, Lefortovo Rayon Məhkəməsinə aparılıb.

Moskva Şəhər Məhkəməsi Konovalovun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirli olduğunu tanıyıb. 26 dekabr tarixində çıxarılan hökmə əsasən, o, 12 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilib. Bundan əlavə, Konovalov 100 min rubl məbləğində cərimə ödəməli və azadlığa çıxdıqdan sonra 1 il müddətinə azadlığının məhdudlaşdırılması tədbiri tətbiq olunacaq. Bildirilir ki, hökm hələ qanuni qüvvəyə minməyib.

Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinə əsasən, dövlətə xəyanət cinayəti 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə, müəyyən hallarda isə ömürlük həbs cəzası ilə cəzalandırıla bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Dekabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri