Icma.az
close
up
RU
Rusiya XİN: Moskva Cənubi Qafqazda kommunikasiyaların açılmasına kömək etməyə hazırdır

Rusiya XİN: Moskva Cənubi Qafqazda kommunikasiyaların açılmasına kömək etməyə hazırdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Moskva, 17 aprel, AZƏRTAC

2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunmuş kompleks razılaşmalar, o cümlədən kommunikasiyaların açılması məsələsi tam şəkildə öz aktuallığını qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Moskvanın bu razılaşmaların icrasına necə kömək edə biləcəyi ilə bağlı sualı cavablandıran M.Zaxarova vurğulayıb ki, “üçtərəfli formatda tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazda davamlı sülhün və rifahın təmin olunmasına şərait yarada bilər”.

Diplomat əlavə edib ki, Rusiya “tərəfdaşları olan Azərbaycan və Ermənistana iki ölkə arasında barışığın əsas istiqamətləri üzrə kömək göstərməyə hazırdır”.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Moskvanın Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrlik etdiyi ixtisaslaşmış üçtərəfli işçi qrup çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə təcrübəsi mövcuddur.

“Biz sərhədlərin delimitasiyası və demarkasiyasında təcrübəmizi bölüşməyə hazırıq və bu sahədəki mütəxəssislərimizin postsovet məkanında ən yaxşılar sırasında olduğunu düşünürəm”, – deyə M.Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyanın “unikal kartoqrafik materialı” var və Moskva “illərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yığılıb qalmış humanitar məsələlərin həllində kömək göstərə bilər”.

“Biz azərbaycanlı və erməni dostlarımıza münasibətlərin normallaşması prosesini inkişaf etdirməkdə kömək göstərməyə həmişə hazırıq”, – deyə Rusiyanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi bildirib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see261

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see190

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see162

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see146

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri