Icma.az
close
up
RU
Rusiyada açıq aşkar dil və milli kimlik soyqırımı həyata keçirilir ŞƏRH

Rusiyada açıq aşkar dil və milli kimlik soyqırımı həyata keçirilir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu, təkcə təsadüfi proses deyil, dövlətin ən yüksək səviyyədə idarə etdiyi planlı siyasətdir

Rusiya məktəblərində 76 milli dil tədris olunur. Bununla belə, bu dillərin üçdə birindən çoxu yox olmaq təhlükəsi altındadır.

Bu barədə Qazaxıstanın “Orda” portalı Rusiya mənbələrinə istinadla məlumat yayıb.

Nəşr bildirib ki, bura qazax dili də daxildir. Bu, “məhdud kənd dilləri” qrupuna daxildir: kənd yerlərində bu dil fəal işlənsə də, uşaqlara ötürülməsi zəifdir.

Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutu dilləri qorunma səviyyəsinə görə bir neçə qrupa ayırıb.

“Nəsli kəsilməkdə olan dillər”ə vod, ijora, saam, enets, itelmen və tofa daxildir. Onların hər birində yalnız 1-dən 40-a qədər səlis danışan var. “Ünsiyyət kəsilmiş” dillərə, məsələn, idiş, karel, fin və veps daxildir. Bu dillərdə danışanların sayı 10-15 min arasında dəyişir və bunlar məktəblərdə yalnız məhdud dərəcədə tədris olunur.

Məktəb proqramında canlandırılmağa çalışılan rəsmən yox olmuş yeganə dil soyotdur. Cənubi Sibirin soyot xalqı arasında danışılırdı, amma 1970-ci illərdə tamamilə yox olub.

Rusiya Federal Ana Dilləri İnstitutunun direktor müavini Sarqilana Brızqalovanın sözlərinə görə, 76 dildən 64-ü üçün məktəb fənləri xüsusi hazırlanıb. Bu dillərdən bəziləri Şimal, Sibir və Uzaq Şərqin 20 bölgəsində tədris olunur və 46 dildə uşaq bağçası proqramları işə salınıb.

Ekspertin fikrincə, məktəbdə dilin tədrisi gənc yaşda öyrənilməsə, dilin qorunub saxlanmasını təmin edə bilməz. Uşaqlar çox vaxt məktəbə ancaq rus dilində gəlirlər. Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Andrey Kibrik xəbərdarlıq edib: “Valideynlərin iştirakı olmadan və erkən yaşda sistemli dil tədrisi olmadan bir çox dillər tədricən yox olacaq”.


Mövzunu şərh edən siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, Rusiyada bu gün açıq-aşkar dil və milli kimlik soyqırımı həyata keçirilir: 


"Bu, təkcə təsadüfi proses deyil, dövlətin ən yüksək səviyyədə idarə etdiyi planlı siyasətdir. Son vaxtlar Vladimir Putinin ideoloqu kimi tanınan Aleksandr Duqin açıq mətnlə müsəlmanları xristianlığı qəbul etməyə, qeyri-rus xalqlarını isə özlərini rus elan etməyə çağırdı. Bu, sadəcə bir şəxsin şəxsi mövqeyi deyil, dövlətin rəsmi mövqeyinin ideoloji ifadəsidir. Çünki Duqinin Putinə bağlılığı heç kimə sirr deyil. Deməli, dövlət bu adamın dili ilə danışır, onun vasitəsilə öz düşüncələrini xalqlara çatdırır.

21-ci əsrdə, dünyanın gözü qarşısında Rusiya açıq şəkildə xalqlara dindən və etnik kimlikdən imtina etməyi şərt qoyur: əgər Rusiyada “normal adam” kimi yaşamaq istəyirsənsə, dinini, dilini, kimliyini at, rus ol! Bu, orta əsrlərin zorakı assimilyasiya siyasətindən fərqli olaraq indi qanuniləşdirilmiş, institutlaşmış bir forma alıb.

Əvvəllər tatar, başqırd, çuvaş, qumıq və digər azsaylı xalqlar məktəblərdə öz ana dillərini öyrənirdilər. "Ana dili" dərslikləri vardı. Amma indi Rusiyanın yeni qanunları ilə sentyabrın 1-dən etibarən bütün federasiya ərazisində yalnız rus dili "ana dili" kimi keçilir. Heç bir başqa xalqın dili artıq “ana dili” statusu daşımır. Tatarca, başqırdca, çuvaşca və digər dillər sadəcə əlavə məşğələ səviyyəsinə endirilib. Milli dil dərsi keçmək istəyən valideynlər isə rəsmi müraciət etməli, daha sonra nazirlik Moskvadan icazə almalıdır. Bu, faktiki olaraq xalqları öz ana dillərindən uzaqlaşdırmaq və ruslaşdırmaq planıdır". 


A.Həsrət həmçinin qeyd edib ki, Ukrayna müharibəsinə də əsasən rus olmayan xalqlar – türklər və müsəlmanlar göndərilir. Çünki bu siyasətin məqsədi də aydındır: həm dilini, kimliyini əlindən al, həm də cəbhələrdə qanını tökdür: 

"Rusiya faktiki olaraq 21-ci əsrdə dil və kimlik soyqırımı həyata keçirir. Əgər bir xalqın dilinə, mədəniyyətinə, dininə qadağa qoyulursa, bu, həmin xalqın məhv edilməsi deməkdir. Bu gün tatara, çuvaşa, başqırda, qazax dilinə edilən, sabah bütün türk dünyasına ediləcək.

Azərbaycan və bütün türk dövlətləri bu prosesə laqeyd qalmamalıdır. Çünki söhbət təkcə Rusiyadakı xalqlardan getmir, söhbət ümumtürk irsindən, bizim ortaq kimliyimizdən, milli-mənəvi varlığımızdan gedir. Biz bu “dil soyqırımı”na, milli kimliyimizə yönəlmiş təcavüzə qarşı birləşməli, dirəniş göstərməliyik. Əks halda, yüz illər sonra dilimizi, kimliyimizi unutdurmaq istəyənlər öz məqsədlərinə nail ola bilərlər. Bu gün Rusiya dünyaya göstərir ki, onun üçün xalqların kimliyi, dili, dini yoxdur, yalnız rus var. Amma biz türk xalqları olaraq dünyaya göstərməliyik ki, bizim üçün də var olmaq, kimliyimizi qorumaq, dilimizi yaşatmaq, imanımıza sahib çıxmaq ən böyük mübarizədir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri