Rusiyada adamları səfərbərlikdən yayındıranlar cəzalandırılacaq
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada Ukraynadakı müharibə üçün müqaviləli hərbçilərin cəlb edilməsi planını yerinə yetirməyən yerli məmurlar inzibati məsuliyyətə cəlb olunurlar.
Modern.az xəbər verir ki, müxtəlif regionlarda bununla bağlı ən azı 61 məhkəmə qərarı müəyyən edilib. Müqaviləli hərbçilərin sayının plandan az olmasına görə məsuliyyət ən azı 51 regionda tətbiq olunur. Daha 21 regionda isə əlaqəli pozuntulara görə məmurların cəzalandırılmasına imkan verən normalar mövcuddur. “Novaya qazeta Avropa” məlumatı “Vot Tak” nəşrinin araşdırmasına istinadən yayıb.
Məhkəmədə məmurlar planların yerinə yetirilməməsini hərbi xidmət müqaviləsinin könüllü olması, vətəndaşların cəbhəyə getmək istəməməsi və regionlarda işsizliyin aşağı səviyyəsi ilə əsaslandırıblar.
Bratsk şəhərində müəyyənləşdirilmiş 645 nəfərlik planı yerinə yetirmək üçün məmurlar və polislər 14 mindən çox ünvana baş çəkib, təxminən 3 min nəfərlə söhbət aparıblar. Buna baxmayaraq, noyabrın 1-dək yalnız 369 nəfər müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 Sentyabr 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















