Icma.az
close
up
RU
Əhmədovun da adı hallanan rüşvət QALMAQALI: Makronun adamları cəzalandırılacaq?

Əhmədovun da adı hallanan rüşvət QALMAQALI: Makronun adamları cəzalandırılacaq?

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövri beynəlxalq araşdırmaçı məqalələri ilə tanınan “Observer Online”nın “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı yeni yazısı dərc olunub.


Məqalədə bildirilir ki, Fransa Prezidentinin Mühafizə Xidmətinin rəisi A.Benalla və Fransanın məşhur “Saur” şirkətinin vitse-prezidenti A.Derrazın hesablarına külli miqdarda rüşvət vəsaitləri köçürülüb. Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da “Luna” adlı yaxtasının beynəlxalq həbsdən azad edilməsi müqabilində adıçəkilən şəxslərin hesabına külli miqdarda vəsait göndərib. Bununla bağlı bank çıxarışlarının və tərəflər arasında müqavilənin fotosu da yayımlanıb. 


Maraqlıdır, Makronun yaxın adamlarının birbaşa iştirak etdiyi bu iş beynəlxalq məhkəmələrdə müzakirə edilə bilərmi? Müzakirə edilərsə, nə kimi hüquqi qiymət verilə bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Elçin Mirzəbəyli bildirdi ki, Makrona yaxın şəxslərin iqtisadi və digər cinayətləri ilə bağlı məlumatlar ilk dəfə deyil ki, qlobal media resurslarında, həm də konkret faktlara, istintaq materallarına istinad olunaraq yayımlanır:


“Bundan öncə, Fransa prezidentinin seçki kampaniyasını maliyyələşdirən "McKinsey" konsaltinq şirkətinin Makronun hakimiyyətə gəlişindən sonra xüsusi imtiyazlar əldə etməsi və dövlət strukturları üçün “hazırladıqları” heç bir işə yaramayan məsləhətlərin qarşılığında onmilyonlarla avro vəsait əldə etdiyi barədə məlumatlar Fransa gündəmini silkələmişdi. Makronun müşaviri Terri Solerin iqtisadi cinayətlərə, dələduzluğa və dövlət vəsitlərini mənimsədiyinə görə istintaqa cəlb edilməsi də belə hadisələrin Fransa prezidentinin ətrafı üçün adi hala çevrildiyini göstərir. 


Makronun himayə etdiyi və Fransanın inşaat materiallarının istehsalı üzrə nəhəng şirkətlərindən olan “Lafarge” və onun Suriyadakı törəmə müəssisəsi “Lafarge Sement Zavodu”nun (LSZ) İŞİD terrorçuları ilə əlaqəsini isə Birləşmiş Ştatların Hüquq Departamentinin 2024-cü ildə açıqladığı faktlar sübuta yetirir.Qeyd edim ki, “Lafarge” şirkətinin və onun Suriyadakı törəmə müssisəsinin təmsilçiləri məhkəmə prosesində İŞİD-lə əməkdaşlıq etdiklərini və sözügedən terror təşkilatlarına “vergi” ödədiklərini etiraf ediblər və bu əməllərinə görə 778 milyon ABŞ dolları məbləğində cərimə olunublar. Təxminən 2 il ərzində “Lafarge” qanunsuz əməllərindən etiraf olunan göstəricilərə görə 70,3 milyon ABŞ dolları qazanıb. İŞİD və “Əl-Nüsra”nın “qazancı” isə təxminən 14 milyon ABŞ dolları təşkil edib. Bundan əlavə, istintaq materiallarında “Lafarge”nin 2013-cü ilin avqustundan 2014-cü ilin oktyabrınadək sement zavoduna xammalın daşınmasına maneə yaradılmaması üçün İŞİD-ə 5,92 milyon ABŞ dolları, sözügedən terror təşkilatları ilə danışıqlar aparan “vasitəçilər”ə isə 1,11 milyon ABŞ dolları ödədiyi bildirilir. 
Məsələnin maraqlı tərəfi də ondadır ki, bütün bu cinayətlərə görə, Makronun ətrafı layiq olduqları cəzanı almayıblar, ən yaxşı halda cərimə ödəyiblər”.  


Millət vəkili qeyd edib ki, “Observer Online”nın “Makronun adamlarının qalmaqallı korrupsiyasına dair sənədlər yayılıb” başlıqlı məqaləsində yer alan cinayət hadisələrinin iştirakçıları Benalla və Derraz Fransa vətəndaşlarıdır və külli miqdarda rüşvət vəsaitləri onların Fransadakı hesablarına köçürülübsə, onların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ilk növbədə Fransa tərəfi addımlar atmalıdır:


“Məlum olduğu kimi, konkret rüşvət faktları ilə bağlı həm rüşvəti verən şəxs, həm də alan şəxslər məsuliyyət daşıyırlar və hüquqi prosedurlara görə, cinayət hadisələri hansı ölkənin ərazisində baş veribsə, həmin ölkənin qanunvericiliyinə uyğun şəkildə də istintaq hərəkətləri aparılmalıdır. Həmçinin Fransa təqdim olunan faktlar əsasında “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın “Milli səviyyədə görülən tədbirlər” hissəsinə uyğun olaraq, cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində addımlar atmalıdır. Sözügedən Konvensiyanın 19-cu maddəsində “...tövsif edilmiş cinayət hüquqpozmalarının ağırlığını nəzərə alaraq, hər bir tərəf, 2-14-cü maddələrə uyğun olaraq tövsif edilmiş həmin cinayət hüquqpozmalarına münasibətdə səmərəli, mütənasib və çəkindirici sanksiya və tədbirlər, o cümlədən, əgər bu cinayət hüquqpozmaları fiziki şəxslər tərəfindən törədilmişdirsə, ekstradisiya ilə nəticələnə biləcək azadlıqdan məhrum etmə sanksiayaları nəzərdə tutur”. Konvensiyanın 10-cu maddəsində isə qeyd olunur ki, “tərəflər arasında bu Konvensiyanın təfsiri və tətbiqi ilə əlaqədar mübahisə yarandıqda, onlar həmin mübahisəni danışıqlar vasitəsilə və ya öz seçimlərinə uyğun şəkildə hər hansı bir digər dinc üsulla həll etməyə çalışır, o cümlədən mübahisəni qərarları Tərəflər üçün məcburi olan Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinə, arbitraj məhkəməsinə və ya Tərəflər arasında razılaşmaya əsasən ,Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edirlər””.


E.Mirzəbəyli sonda vurğuladı ki, əgər Fransa təqdim edilən faktlar əsasında cinayət törətməkdə şübhəli bilinən şəxsləri istintaqa cəlb etməkdən, yaxud 19-cu maddədə yer alan hərəkətləri yerinə yetirməkdən imtina edərsə, o zaman konvensiyanın tələblərinin pozulması ilə bağlı Daimi Aribtraj Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə müraciət oluna bilər.

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri