Icma.az
close
up
RU
Rusiyada Azərbaycan əleyhinə çıxışlar edənlər cəzalandırılmır, deputatımıza qarşı qeyri etik davranış sərgiləyirlər

Rusiyada Azərbaycan əleyhinə çıxışlar edənlər cəzalandırılmır, deputatımıza qarşı qeyri etik davranış sərgiləyirlər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Rusiya tərəfi Milli Məclisin deputatı Azər Badamovu Moskva havalimanından Həştərxana buraxmaması, deport etməsi Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə uyğun deyil. Son dövrlərdə iki ölkə arasında münasibətlərdə ticari-iqtisadi mənada müəyyən müzakirələrin aparıldığı və Rusiya patriarxının Bakıya səfər etdiyi bir ərəfədə Azərbaycanın tanınmış deputatının, ziyalısının Moskva havalimanından deport edilmə qərarının verilməsi həm Azərbaycan-Rusiya münasibətlərinə, həm də Rusiyanın özünün tez-tez açıqladığı Azərbaycanla dostluq münasibətlərinə uyğun gəlmir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Politoloq qeyd eidb ki, ümumiyyətlə hansısa bir şəxsin ölkəyə girişi istənilmirsə, bununla bağlı əvvəlcədən mütləq şəkildə məlumat verilir. Politoloqun fikrincə, Rusiyanın bu gün qədər məlumat verməməsi və Azər Badamovun Moskva havalimanında bu vəziyyəti öyrənməsi istənilməyən bir münasibətdir.

Tural İsmayılov

“Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin gedişatı Rusiyada Konstantin, Zatulin, Simonyan, Kiosayan kimi şəxslərin Azərbaycan əleyhinə verdikləri açıqlamalarla çox ciddi şəkildə suallar yaradır. Rusiya ərazisindən özlərinə deputat, jurnalist kimi ictimai adlar verib, Azərbaycanın əleyhinə açıqlamalar verən şəxslərin fonunda bir də bir deputatımızın səfərinə belə reaksiyanın verilməsi qeyri-dost addımdır. Gözlənti də ondan ibarətdir ki, Rusiya bu addımla bağlı ən qısa zamanda Azərbaycana normal şəkildə izahat versin”-deyə Tural İsmayılov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri