Icma.az
close
up
RU
Rusiyada Azərbaycana qarşı formalaşdırılmış siyasi kurs təsadüfi deyil, sistemli və məqsədli şəkildə həyata keçirilir

Rusiyada Azərbaycana qarşı formalaşdırılmış siyasi kurs təsadüfi deyil, sistemli və məqsədli şəkildə həyata keçirilir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan cəmiyyəti isə hələ də bir müddət öncə baş vermiş mülki təyyarənin vurulması faktını unutmamışdır. Həmin hadisə nəticəsində dinc əhaliyə zərər dəymiş, beynəlxalq hüququn kobud şəkildə pozulması müşahidə olunmuşdur. Bu insidentlə bağlı Rusiyanın nümayiş etdirdiyi passivlik və susqunluq nə hüquqi, nə də mənəvi cəhətdən qəbulolunan deyil. Azərbaycan bu məsələni beynəlxalq müstəviyə çıxarmaqda qərarlıdır və bu istiqamətdə məsuliyyət daşıyan tərəflərin cəzalandırılması, eləcə də zərərçəkmiş tərəfə kompensasiyanın ödənilməsi üçün bütün hüquqi vasitələrdən istifadə ediləcək”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, digər tərəfdən Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artdığını göstərən bir sıra konkret hadisələr də baş verir.

Azər Allahverənov

“Bu yaxınlarda Həştərxanda keçirilmiş beynəlxalq tədbirə dəvət olunmuş Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamovun Rusiya ərazisinə buraxılmaması faktı açıq şəkildə göstərir ki, rəsmi Moskva səviyyəsində Azərbaycana qarşı xoşməramlı münasibət hökm sürmür. Bu hal diplomatik protokollara zidd olmaqla yanaşı, ikitərəfli münasibətlərə də ciddi xələl gətirir. Bundan əlavə, Azərbaycanın informasiya sistemlərinə qarşı həyata keçirilən kiberhücumlar da bu prosesin tərkib hissəsidir. Rəsmi araşdırmalara əsasən, həmin hücumların arxasında Rusiya ilə əlaqəli qrupların və ya dövlət strukturlarının durduğu ehtimalı güclənməkdədir”-deyə deputat əlavə edib.

Azər Allahverənov bildirib ki, Milli Məclisin müvafiq komissiyasının bu istiqamətdə hazırladığı hesabatda da kiberhücumların texniki detalları və ehtimal olunan mənbələri yer alıb və bu da göstərir ki, informasiya təhlükəsizliyi artıq ölkənin milli təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir.

Deputatın fikrincə, Rusiyada hökm sürən şovinist əhval-ruhiyyə və digər xalqlara qarşı diskriminasiya təəssüf ki, sistematik hal alıb.

“Ənənəvi olaraq rus olmayan xalqlara, xüsusilə müsəlmanlara qarşı açıq təzyiq siyasəti müşahidə olunur. Son zamanlar islamofobiyanın artması, müsəlmanlara qarşı təxribat xarakterli addımların atılması, hüquq-mühafizə orqanlarının selektiv və ayrı-seçkilik yanaşması Rusiyada yaşayan müsəlman icmaları üçün təhlükəli tendensiyanın formalaşdığını göstərir. Bu, yalnız daxili siyasət məsələsi olmayıb, regiondakı sabitlik və sosial münasibətlər üçün də ciddi təhlükə mənbəyidir. Bütün bu faktlar birgə götürüldükdə, Rusiyanın həm daxili, həm də xarici siyasətində etnik və dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyin, zorakılığın və hüquq pozuntularının sistemli hal aldığını nümayiş etdirir. Azərbaycan bu prosesləri diqqətlə izləyir və həm öz vətəndaşlarının hüquqlarının qorunması, həm də beynəlxalq hüququn aliliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək”-deyə deputat əlavə edib.

Azər Allahverənov hesab edir ki, Kremlə yaxınlığı ilə tanınan, dövlət mediasının əsas simalarından biri olan Vladimir Solovyov kimi şəxslərin açıq şəkildə anti-Azərbaycan ritorika ilə çıxış etməsi Rusiyada formalaşdırılmış siyasi kursun təsadüfi deyil, sistemli və məqsədli şəkildə həyata keçirildiyini göstərir: “Bu tip təbliğatçılar yalnız şəxsi fikir deyil, Kremlin ideoloji mövqeyini kütləyə ötürmək funksiyasını daşıyırlar. Onların çıxışları birbaşa dövlətin informasiya siyasətindən qaynaqlanır və bununla həm ictimai rəyi formalaşdırmaq, həm də daxili auditoriyanı süni düşmən obrazı ətrafında səfərbər etmək hədəflənir. Bu reallıq mübaliğəsiz şəkildə onu göstərir ki, Rusiyanın milli siyasətində artıq digər xalqlara qarşı dözümsüzlük, etnik ayrı-seçkilik, sistematik diskriminasiya və açıq islamofobiya rəsmi səviyyədə legitimləşdirilməyə doğru gedir. Ənənəvi olaraq multietnik və çoxmillətli kimi təqdim olunan Rusiyada bu gün artıq monoetnik üstünlük və şovinist əhval-ruhiyyə dominant xəttə çevrilir. Müsəlman icmalarına, Orta Asiya və Qafqaz mənşəli əhaliyə, həmçinin qeyri-rus vətəndaşlara qarşı edilən təzyiqlər, hüquqi və fiziki zorakılıqlar, mediada aparılan anti-müsəlman və anti-Azərbaycan kampaniyaları bu vəziyyəti bir daha sübut edir”.

Deputat bildirib ki, Qərbə qarşı bütün cəbhələrdə uğursuzluğa düçar olan, Ukrayna müharibəsində strateji bataqlığa yuvarlanan və iqtisadi-siyasi təcrid altında qalan Kreml üçün daxildə yeni "düşmən" obrazları yaratmaq artıq bir zərurətə çevrilib: “Bu düşmən obrazları arasında Azərbaycan da məqsədli şəkildə hədəfə alınır. Çünki Azərbaycan həm müstəqil siyasət yürüdür, həm də regionda Rusiyanın nəzarətini məhdudlaşdıran geosiyasi xətt izləyir. Ona görə də Moskva Azərbaycana qarşı hibrid müharibə alətlərindən istifadə edərək həm daxili, həm də beynəlxalq səviyyədə nüfuzuna xələl gətirməyə çalışır. Bu kontekstdə Ermənistanda radikal və revanşist qüvvələrin yenidən aktivləşdirilməsi xüsusi diqqət çəkir. Koçaryan, Sarkisyan və onlarla eyni siyasi dairələrə mənsub olan şəxslərin son aylarda daha sərt və ritorik çıxışlar etməsi, revizionist iddiaları səsləndirməsi heç də təsadüfi deyil. Bu şəxslərin Rusiya ilə olan siyasi və şəxsi bağlılıqları, onların fəaliyyətinin Moskvadan yönləndirilməsi ehtimalını gücləndirir. Məqsəd açıq-aşkar şəkildə Cənubi Qafqaz regionunda sabitliyi pozmaq, Ermənistan-Azərbaycan münasibətlərində yenidən gərginlik yaratmaq və Rusiyanın regionda "sülhqurucu" adı altında geri dönməsinə zəmin hazırlamaqdır”.

Deputatın sözlərinə görə, bu proses həm Azərbaycanın suverenliyinə qarşı yönəlib, həm də ümumi regional təhlükəsizliyə ciddi təhdid yaradır.

“Rusiya bu siyasəti ilə təkcə Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı öz təsir dairəsində saxlamaq üçün yenidən müharibə ssenarisini gündəmə gətirir. Bunun qarşısını almaq üçün Azərbaycan beynəlxalq tərəfdaşları ilə daha sıx əməkdaşlıq etməli, informasiya cəbhəsində fəal olmalı və Rusiyanın hibrid təzyiqlərinə qarşı sistemli müqavimət formalaşdırmalıdır. Hazırda bu istiqamətdə zəruri addımların Azərbaycan tərəfindən atıldığının şahidiyik”-deyə Azər Allahverənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri