Rusiyada baş verən faciə terror aktı kimi araşdırılır
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bryansk və Kursk vilayətlərində körpülərin partladılması ilə bağlı cinayət işləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin terror aktları maddəsi ilə araşdırılır.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Bundan əvvəl Bryansk vilayətinin Vıqoniçski rayonunda avtomobil körpüsünün dağıldığı bildirilmişdi. Klimov-Moskva marşrutu ilə hərəkət edən 86 saylı sərnişin qatarının lokomotivinin və vaqonlarının relsdən çıxmasına səbəb olub. Hazırda 7 nəfərin öldüyü, 69 nəfərin yaralandığı məlumdur.
Gecə saatlarında Kursk vilayətinin Jeleznoqorsk rayonunda dəmir yolu körpüsü yük qatarı ilə hərəkət edərkən uçub. Qatarın bir hissəsi yola düşüb, maşinistlərdən biri ayağından xəsarət alıb, bütün lokomotiv heyəti xəstəxanaya çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















