Icma.az
close
up
RU
Rusiyada benzin rekord həddə bahalaşdı Ukrayna PUA ları yanacaq bazarını “silkələyir”

Rusiyada benzin rekord həddə bahalaşdı Ukrayna PUA ları yanacaq bazarını “silkələyir”

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna PUA-larının son günlər Rusiya neftayırma zavodlarına endirdikləri effektiv zərbələr Rusiyanın enerji bazarını “silkələyib”. Rusiya mətbuatının yazdığına görə, artıq Sankt-Peterburq “Beynəlxalq Ticarət Birjası”nda Aİ-95 markalı benzinin birja qiyməti tarixdə ilk dəfə olaraq bir ton üçün 77 min rublu ötüb.

Bazardakı mənbə bahalaşmanı avqustun 2-də Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına hücumu ilə əlaqələndirib. Bu hücumlar nəticəsində gündə təxminən 40 min ton neft emal edən bloklar zədələnib, onların bərpası isə bir aydan altı aya qədər vaxt çəkə bilər.

PUA hücumu səbəbindən “Rosneft”in Novokuybışevskdəki neft emalı zavodu fəaliyyətini tamamilə dayandırıb, Ryazandakı zavodun isə gücü iki dəfə azalıb.

Rusiya Energetika Nazirliyi öz növbəsində bazardakı vəziyyəti “sabit” adlandırıb. Nazirlik qeyd edib ki, neft şirkətləri vəziyyəti sabitləşdirmək, xaricə ixracı azaltmaq üçün əlavə benzin həcmlərini daxili bazara yönləndiriblər.

Rusiyada ən çox istifadə olunan AI-95 benzinidir. Onun ən yüksək qiyməti 2023-cü ilin sentyabrında bir tonu 76,9 min rubl olmaqla qeydə alınmışdı. İndi isə bu qiymət 77 min rublu ötüb.

Xatırladaq ki, iyulun 28-də Rusiya hökuməti avqustun sonuna qədər ölkədən benzin ixracına tam qadağa qoyub. Rusiya Nazirlər Kabineti bunu mövsümi tələbatın artması və kənd təsərrüfatı sahəsində aparılan işlərlə izah etsə də, əsas səbəbin davam edən içğalçılıq müharibəsinin yaratdığı anormal durum olduğu heç kimə sirr deyil. /AzPolitika.info/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Avqust 2025 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri