Icma.az
close
up
RU
Rusiyada böyük kəmərsıxma tədbirləri 2027 ci ildə rusiyalıları nə gözləyir?

Rusiyada böyük kəmərsıxma tədbirləri 2027 ci ildə rusiyalıları nə gözləyir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hökumətinin qarşıdakı üç il üçün hazırladığı federal büdcə paketi və vergi dəyişiklikləri ölkə iqtisadiyyatının getdikcə daha sərt "səfərbərlik" rejiminə keçdiyini göstərir. Hərbi xərclərin kəskin artması, sosial və tibbi proqramların kəsilməsi fonunda 2027-ci ilin büdcəsi haqlı olaraq "mühasirəyə alınmış qala" büdcəsi adlandırılır.

Maliyyə Nazirliyinin təqdim etdiyi göstəricilərə görə, 2027-ci il üçün planlaşdırılan büdcə kəsri proqnozlaşdırıldığından xeyli yüksək — 5,5 trilyon rubl təşkil edəcək. ÜDM-ə nisbətdə bu rəqəm 2,2% səviyyəsindədir. Hökumət artan xərcləri qarşılamaq və eyni zamanda 2 trilyon rubl məbləğində xərcləri "prioritetləşdirmək" (əslində isə kəsmək) məcburiyyətində qalıb.

Ən diqqətçəkən məqam isə odur ki, 2025-ci ildə hazırlanan proqnozlardan fərqli olaraq, yeni büdcədə hərbi xərclərin təxminən üçdə bir nisbətində (32,2%) artırılması nəzərdə tutulur.

Maliyyə yükünün artması dərhal sosial sahələrə və səhiyyəyə təsir edib. Cari ilin statistikasına əsasən, "qeyri-prioritet" tibbi proqramlar yarıbayarı — 51% azaldılıb. Xüsusilə, regionlardakı dispanserlər üçün avadanlıqların alınması və onkoloji xəstələrin dərman təminatını nəzərdə tutan proqramların 70%-ə yaxın ixtisara məruz qalması əhali üçün ciddi problemlər yaradır.

Yeni vergilər: Biznes və vətəndaşlar daha çox ödָəyəcək

Büdcəni doldurmaq üçün hökumət həm iri biznesin, həm də əhalinin üzərinə əlavə vergi yükləri qoyur:

İri biznes üzrə - gübrə və əlvan metallurgiya istehsalçıları üçün baza dövrlə müqayisədə fövqəlgəlirlər üzrə 30%, qızıl istehsalçıları üçün isə 20% vergi tətbiq olunur;

Bank depozitlərindəki faizlər, dividend və qiymətli kağızlar üzrə gəlirlərə daşınan vergilərdə mütərəqqi şkala tətbiq edilir (13%-dən 22%-ə qədər). 1 milyon rubldan az olan əmanətlər və hərbi əməliyyat iştirakçılarının gəlirləri istisnadır;

Xarici internet mağazalarından və marketplace-lərdən alış-veriş edən rusiyalılar üçün ƏDV-nin maksimum dərəcəsi 22% müəyyənləşdirilib. Bundan əlavə, dəyəri 200 avroya qədər olan şəxsi istifadə bağlamalarına görə də əlavə rüsumlar alınacaq.

Rusiyalıların cibinə növbəti ağır zərbə isə İqtisadi İnkişaf Nazirliyinin proqnozunda yer alıb. 2027-ci ilin iyul ayından etibarən əhali üçün elektrik enerjisinin tarifləri 14,4% bahalaşacaq (rəsmi inflyasiya proqnozu isə cəmi 4% səviyyəsində qiymətləndirilir).

Ekspertlər qeyd edirlər ki, bu cür yüksək tarif artımları təkcə enerji obyektlərinin pilotsuz uçuş aparatlarından (PQA) mühafizəsi və bərpası xərclərini kompensasiya etmək məqsədi daşımır, həm də dövlətin büdcə yükünün bir hissəsini birbaşa vətəndaşların üzərinə yıxdığını göstərir. Ümumilikdə bütün mənzil-kommunal xidmətləri (JKH) inflyasiyanı qat-qat üstələyən templə bahalaşacaq.

Nazirliyin makroiqtisadi proqnozlarına görə, real gəlirlər cəmi 1% artacağı təqdirdə, istehlakın artması ev təsərrüfatlarının yığımları hesabına təmin edilməlidir. Lakin əhalinin əksəriyyətinin (təxminən üçdə ikisinin) heç bir yığımının olmadığını nəzərə alsaq, ekspertlər bu cür proqnozların reallıqdan uzaq olduğunu və rusiyalıların yaxın illərdə gündəlik xərclərini, o cümlədən qida büdcəsini ciddi şəkildə qənaət etməli olacağını vurğulayırlar.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Sentyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri