Bu bürcləri 2027 ci ildə karyerasında yüksəliş gözləyir
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, astroloji proqnozlarda 2027-ci ildə planetlərin hərəkətinin ayrı-ayrı bürclərin peşəkar fəaliyyətinə təsir göstərəcəyi bildirilir.
Əqrəb
2027-ci ilin ilk yarısında karyera baxımından ən əlverişli dövr Əqrəbləri gözləyə bilər. Astroloji şərhlərə əsasən, bu müddətdə onların iş həyatında irəliləyiş, peşəkar fəaliyyətlərinin daha çox diqqət çəkməsi və rəhbərlik tərəfindən qiymətləndirilməsi ehtimalı var. Yeni layihələr və məsuliyyətli vəzifələr də gündəmə gələ bilər.
Oxatan
Oxatanlar üçün ilin ikinci yarısı daha uğurlu hesab olunur. İyulun 26-dan etibarən Yupiterin Qız bürcünə keçməsi ilə bu bürcün nümayəndələri üçün karyera imkanlarının genişlənəcəyi proqnozlaşdırılır. Təhsil, yeni biliklər və peşəkar inkişaf gələcək uğurların əsasını təşkil edə bilər. Vəzifə dəyişikliyi və karyera yüksəlişi də istisna edilmir.
Qoç
Qoçlar üçün 2027-ci il iş şəraitində dəyişikliklər və yeni imkanlarla müşayiət oluna bilər. Xüsusilə ilin ikinci yarısında gündəlik iş rejiminin yaxşılaşması, yeni əməkdaşlıqlar və peşəkar fəaliyyətin daha məhsuldar olması ehtimal edilir. Bununla belə, uğur əldə etmək üçün səbirli və ardıcıl olmaq vacib sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Noyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















