Icma.az
close
up
RU
Rusiyada böyük korrupsiya qalmaqalı

Rusiyada böyük korrupsiya qalmaqalı

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə.az xəbər verir ki, şirkətin keçmiş baş direktoru İrakli Xazaliya və hazırkı baş direktoru, eyni zamanda şirkətin təsisçisi Vyaçeslav Barbasov həbs edilərək istintaq təcridxanasına göndəriliblər.

Onlar dələduzluq yolu ilə vəsaitlərin mənimsənilməsində ittiham olunurlar.

Xazaliya və Barbasov “Drone Solutions”ın minoritar səhmdarlarıdır. Şirkətin əsas sahibi isə Rusiya Sənaye və Ticarət Nazirliyinə bağlı Milli Texnoloji Təşəbbüs Layihələrinə Dəstək Fondudur.

“Drone Solutions” adi dronların fəaliyyət göstərə bilmədiyi mürəkkəb şərait üçün pilotsuz aviasiya sistemləri, onların proqram təminatı və neyron şəbəkələr əsasında kompüter görmə sistemlərinin hazırlanması ilə məşğuldur.

Şirkət xüsusilə neft-qaz infrastrukturunun monitorinqi, meşə yanğınlarının aşkarlanması və tibbi yüklərin daşınması üçün PUA-lar hazırladığını bildirirdi. Onun “Şerşen” və “Aist” adlı pilotsuz aparatlarının isə Şimal Dəniz Yolu ilə hərəkət edən gəmilərə yardım göstərməsi nəzərdə tutulurdu.

Son illərdə şirkət Rusiyanın bir sıra iri dövlət və özəl strukturlarından əhəmiyyətli maliyyə dəstəyi alıb. “Drone Solutions”a “Skolkovo”, Sənaye və Ticarət Nazirliyi, “Rosatom”, eləcə də milyarder Vladimir Potaninin “İnterros” şirkətinin yaratdığı “Vosxod” fondu tərəfindən böyük həcmdə vəsait ayrıldığı bildirilir.

Mənbələrin məlumatına görə, şirkətin rəhbərləri cümə günü məhz dələduzluq yolu ilə mənimsəmə işi çərçivəsində saxlanılıblar. Lakin söhbətin konkret olaraq hansı məbləğdən getdiyi hələ açıqlanmayıb.

Bu, Rusiya Sənaye və Ticarət Nazirliyinin dron proqramları ətrafında ilk belə qalmaqal deyil. Daha əvvəl nazirliyin Pilotsuz Sistemlər və Robototexnika İdarəsinin rəis müavini Alla Polovçenya, həmçinin iri pilotsuz aviasiya sistemləri istehsalçısı “Efko” qrupunun rəhbərləri və sahiblərinin həbs olunduğu bildirilmişdi.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Avqust 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see198

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see197

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see194

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see187

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see183

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see181

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see179

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see172

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri