Rusiyada daha bir neft bazası vuruldu Güclü yanğın baş verdi VİDEO
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Pskov vilayətində pilotsuz uçuş aparatları (PUA) hücumu nəticəsində “Velikolukskaya” neft bazasında güclü yanğın baş verib. Zərbə nəticəsində neft bazasında yerləşən rezervuarlardan biri alışıb.
Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hücum gecə saatlarında baş verib. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.
Müstəqil mənbələrin yazdığına görə, hücuma məruz qalan obyekt “Pskovnefteprodukt” şirkətinə məxsusdur. “Velikolukskaya” neft bazasında benzin, dizel yanacağı və digər neft məhsulları saxlanılır. Sözügedən məhsullar regionda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə, sənaye müəssisələrinə və nəqliyyat şirkətlərinə paylanır.
Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkə ərazisi üzərində 113 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Hücumlarla bağlı əlavə detallar verməyib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Rusiyada bu neft bazası vuruldu: Güclü yanğın... Video
06 İyun 2026 10:58
Rusiyada anbarda güclü yanğın VİDEO
12 Dekabr 2024 23:28
Rusiyada neft bazası PUA ilə vuruldu Video
08 Yanvar 2025 10:46
Krasnodar vilayətində neft bazası vuruldu Güclü yanğın baş verib
12 Mart 2026 14:38
Rusiyada güclü partlayış: yanğın başladı VİDEO
31 Avqust 2025 11:46
Baxış sayı:96
Bu xəbər 19 Fevral 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















