Rusiyada etiraz aksiyalarını dronlarla dağıdacaqlar Yeni “kəşf”
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyasının mütəxəssisləri ictimai tədbirləri izləyə və icazəsiz mitinqləri dağıda bilən pilotsuz patrul hava sistemi hazırlayıblar.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
Bunlar dron idarəetmə və naviqasiya sistemi ilə təchiz olunmuş kvadrokopterlər olacaq.
Cihazın gövdəsinin hər iki tərəfində sursat üçün lülələri olan maqazinlər var. Hər bir lülə cütü lazer hədəf göstəricisi ilə təchiz olunub. Dron üçün təklif olunan sursat, aktiv tərkib hissəsi qırmızı bibər ekstraktı olan dörd BAM-OS 18x55 kompakt aerozol qutusudur. Bundan əlavə, dron yerüstü komanda məntəqəsinə qoşulmuş səsgücləndirici və yanıb-sönən mayaklarla təchiz olunub.
Onun yaradıcıları qeyd ediblər ki, mitinqləri dağıtmaqla yanaşı, dron kampaniya aparmaq, vacib obyektlərə müdaxiləni aşkar etmək və s. üçün də istifadə edilə bilər.
“AzPolitika.info”
Baxış sayı:110
Bu xəbər 24 Fevral 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















