Icma.az
close
up
RU
Rusiyada futbol hakimi polis tərəfindən saxlanılıb

Rusiyada futbol hakimi polis tərəfindən saxlanılıb

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada futbol hakimi Birinci Liqa matçının nəticəsinə təsir göstərməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

İdman.biz xəbər verir ki, 33 yaşlı Boqdan Qolovkonun 2024/25-ci illər mövsümünün sonuncu turunda KAMAZ ilə oyunda “Torpedo”nun xeyrinə bilərəkdən səhv qərar verməsindən şübhələnirlər.

Oyun 1:1 hesabı ilə başa çatıb. Matçın 51-ci dəqiqəsində Qolovko KAMAZ-ın oyunçusu İlya Jiqulyovu meydandan qovub. Çempionatın yekunlarına əsasən, “Torpedo” birbaşa Rusiya Premyer Liqasına vəsiqə qazanıb.

Qolovko oyunun gedişində “Torpedo”nun qapısına iki mübahisəli epizodda penalti təyin etməyib. Rusiya Futbol İttifaqı prezidentinin nəzdində fəaliyyət göstərən Hakim-ekspert komissiyası bu epizodlardan birində hakimin qərarını düzgün, digərində isə səhv hesab edib.

Qolovkonun saxlanılması əməliyyatı Daxili İşlər Nazirliyinin əməkdaşları və Rusiya Futbol İttifaqının rəhbərliyinin dəstəyi ilə həyata keçirilib.

Bundan əvvəl Moskva məhkəməsi “Torpedo”nun sahibi Leonid Sobolev və klubun direktoru Valeri Skorodumovu komandanın oyunlarının nəticələrinə qanunsuz təsir göstərməkdə təqsirləndirərək istintaq təcridxanasına göndərmişdi. Paytaxt təmsilçisi cərimələnməkdən tutmuş bütün yarışlardan kənarlaşdırılmağa qədər müxtəlif cəzalarla üzləşə bilər.

Qeyd edək ki, Rusiya Futbol İttifaqının İntizam Komitəsi "Torpedo"nun işinə iyulun 10-da baxacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 İyul 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri