Rusiyada Google , Telegram və Microsoft şirkətləri cərimələnib
Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyada "Google", "Telegram" və "Microsoft" qadağan olunmuş məzmunu silmədiklərinə görə ümumilikdə 11,1 milyon rubl (təxminən 130 min ABŞ dolları) məbləğində cərimələnib.
Banco.az xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkətlərə qarşı qaldırılan işlər üzrə qərar qəbul edib.
Məhkəmə platformaların qanunla tələb olunan məzmunun silinməsi öhdəliyini yerinə yetirmədiyini müəyyənləşdirib.
Rusiyada Google, Telegram və Microsoft-la yanaşı, "Apple" və "TikTok" kimi digər xarici texnologiya şirkətləri də əvvəllər qadağan olunmuş məzmunu silməmək və ölkənin qanuni tələblərinə əməl etməmək səbəbilə müxtəlif məbləğlərdə cərimələnib.
Baxış sayı:64
Bu xəbər 19 Avqust 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















