Rusiyada hava limanında rabitə qülləsini yandırmağa cəhd edildi
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Naməlum şəxslər Moskvada Domodedovo hava limanı yaxınlığında yerləşən mobil telefon qülləsini yandırmağa cəhd ediblər.
Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Onun sözlərinə görə, hadisə fevralın 17-də baş verib. Qüllənin yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları sınmış maye şüşələri və cır-cındır tapıblar. Qüllənin xarici naqilləri yanıb, lakin avadanlıqlara ziyan dəyməyib.
Agentliyin mənbəsinin bildirdiyinə görə, naməlum şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) ilə cinayət işi açılıb.
Turan İSMAYIL

Rusiyada təyyarəni yandırmağa cəhd olunub
27 Avqust 2025 18:02
Rusiyada tələbə hərbi komissarlığı yandırmağa cəhd
21 Yanvar 2025 14:02
Rusiyada hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edildi
25 May 2025 17:09
Rusiyada təyyarələr hava limanında toqquşub
27 İyun 2025 21:36
Şəbnəm Rusiyada hava limanında saxlanıldı Video
29 Avqust 2025 15:28

