Rusiyada hibrid avtomobil hazırlanır FOTO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Rusiyanın “Avtovaz” şirkəti yeni hibrid avtomobil hazırlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin direktoru Maksim Sokolov beynəlxalq forumda məlumat verib.
Məlumata görə, doldurulabilən hibrid “LADA Azimut 4WD” adlandırılacaq. Avtomobilin gediş ehtiyatı 1100 kilometr təşkil edəcək. İstehsal avqust-sentyabr aylarında başlayacaq, payızda isə ilk maşınlar satışa çıxarılacaq.
Qeyd edək ki, bir müddət əvvəl “Azimut” markalı ənənəvi krossoverin istehsalına da iyul-sentyabr aylarında başlanacağı barədə məlumat verilmişdi. Bu avtomobil 1,6 və 1,8 litrlik mühərriklərlə təmin ediləcək.
Onu da əlavə edək ki, rusiyalı avtomobil jurnalistləri yaxın aylarda 2 fərqli modelin eyni anda istehsala başlamasını real hesab etmirlər.
Vüqar
Baxış sayı:188
Bu xəbər 03 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















