Icma.az
close
up
RU
Rusiyada iqtisadi tənəzzül başlayıb Hökumət də etiraf etdi

Rusiyada iqtisadi tənəzzül başlayıb Hökumət də etiraf etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya hökuməti ölkədə iqtisadi artımın demək olar ki, tamamilə dayandığını bəyan edib.

“AzPolitika” xəbər verir ki, “The Moscow Times”-ın Rusiya hökumətinin rəsmi rəqəmlərinə istinadla yaydığı məlumata görə, 2025-ci ilin iyul ayında ölkədə iqtisadi artım praktiki olaraq dayanıb. Onun dərəcəsi illik müqayisədə cəmi 0,4% təşkil edib ki, bu da real artım sayılmır, əksinə, tənəzzül siqnalı hesab edilir.

Məlumatda deyilir ki, Rusiyada iyun ayı(1%) ilə müqayisədə iqtisadi artım 2,5 dəfə, ötən ilin dekabr ayı(4,5%) ilə müqayisədə isə 11 dəfə azalıb.

Ölkə sənayesi cəmi 0.7 faiz artımla durğunluq astanasındadır. İqtisadçılar hesab edirlər ki, bu göstərici keçən il hərbi sifarişlər hesabına sürətlənən sənayenin dərin tənəzzülə girdiyini göstərir. Bu, o deməkdir ki, Rusiya iqtisadiyyatının 2023-2024-cü illərdə yaşadığı “hərbi bum” nəhayət sona çatıb.

Statistik rəqəmlərə görə, iyulda geyim istehsalı illik müqayisədə 7%, mebel istehsalı 12%, elektrik avadanlıqları istehsalı 6,5% azalıb. Metallurgiyada isə tənəzzül 10,2%-ə qədər sürətlənib.

Hətta hərbi-sənaye kompleksində də artım templəri 3,5-5 dəfə azalıb.

Tanınmış rusiyalı iqtisadtçı Vladislav İnozemtsev deyib ki, iqtisadiyyatı stimullaşdırmaq üçün istifadə edilən izafi vəsaitlər “quruyur”. 

O hesab edir ki, hərbi sənayeni daha da dəstəkləmək üçün hakimiyyət vergiləri artırmalı və mülki sektorlardan resursları çəkməli olacaq və bu, iqtisadiyyatı daha da ləngidəcək: "İqtisadiyyat 2025-ci ildə azala bilər və çox güman ki, azalacaq".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri