Icma.az
close
up
RU
Rusiyada “Krokus” un Ağalarovdan alınmasını istəyənlər var Borodin kimdir?

Rusiyada “Krokus” un Ağalarovdan alınmasını istəyənlər var Borodin kimdir?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyadakı anti-Azərbaycan kampaniyasından öz maraqları üçün istifadə etməyə, “xal qazanmağa” çalışan “ictimai və siyasi xadimlər”in sayı durmadan artır. Bu dəfə Rusiyadakı Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin “fərqlənməyə” çalışıb.

O, Araz Ağalarovdan “Krokus Siti”-nin alınmasını təklif edib. O iddia edib ki, Ağalarovun Rusiya banklarında böyük kreditləri var və onun “Krokus Siti”-dəki terror aktıyla bağlı aparılan məhkəmə işi ərəfəsində Bakıya getməsi təsadüfi deyil.

Onun “Krokus”-un Ağalarovdan alınması çağırışını xüsusilə də Kremlə yaxın təbliğatçılar və şovinistlər gen-bol tirajlamağa başlayıblar.

Bəs Borodin özü kimdir? Əvvəlcə qeyd edək ki, təmtəraqla təqdim edilən Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsi Borodinin özünün yaratdığı QHT-dir. Vaxtilə polis işçisi olmuş Borodin daha sonra İnquşetiya başçısının ictimai əsaslarla köməkçisi işləyib. Rusiyada o, daha çox bu və ya digər tanınmış şəxslərdən prokurorluğa “donos” yazması ilə tanınıb. Belə ki, onun “donos” yazdığı şəxslər arasında hətta Alla Puqaçova və onun əri Maksim Qalkin də var. Borodin onları vətənə xəyanətdə ittiham edərək, prokurorluqdan tədbir görməsini istəyib.

Bununla yanaşı, Borodin “yuxarıların” sifarişi ilə kimlərisə şərləməklə, “qaralamaqla” məşğul olan şəxs kimi qəbul olunur. Görünür, Ağalarovla da bağlı belə bir sifariş gəlib...

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:329
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri