Rusiyada magistral neft kəmərində güclü partlayış olub
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avqustun 26-da Rusiyanın Ryazan vilayətində “Ryazan-Moskva” magistral neft kəmərində güclü partlayış baş verib.
APA-nın xəbərinə görə, bu barədə “RBC-Ukrayna”ya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.
Bildirilib ki, partlayışdan sonra kəmərdə iri miqyaslı yanğın qeydə alınıb. Hadisə yerində güclü səsin eşidildiyi barədə Ryazan şəhəri ilə bağlı sosial şəbəkə paylaşımlarında da məlumatlar yer alıb.
Bir neçə saatdan sonra əraziyə fövqəladə xidmət briqadaları cəlb olunaraq yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb.
Qeyd edək ki, “Ryazan-Moskva” kəməri paytaxt Moskvanı neft məhsulları ilə təmin edən əsas infrastruktur xətlərindən biridir.
Bu mövzuda digər xəbərlər:Rusiyada boru kəmərində partlayış: Üç ölü
12 İyun 2026 15:03
Rusiyada güclü partlayış törədildi
22 Oktyabr 2025 23:22
Rusiyada təbii qaz boru kəmərində partlayış baş verib
18 Noyabr 2025 10:48
Rusiyada güclü partlayış 2 ölü
10 Aprel 2026 17:34
Rusiyada güclü partlayış olub, fövqəladə vəziyyət elan edilib
22 Aprel 2025 22:54
Baxış sayı:129
Bu xəbər 27 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















