Icma.az
close
up
RU
Rusiyada “miqrant ovu” nun pərdəarxası məqamları RƏY

Rusiyada “miqrant ovu” nun pərdəarxası məqamları RƏY

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması Rusiyanın miqrant problemi ilə bağlı ciddi problem yaşamasının bariz təzahürüdür. Xatırlayırsınızsa Rusiyada buna bənzər hadisələr dəfələrlə baş verib. Hətta 2024-cü və 2025-ci illərdə Orta Asiya ölkələrindən Rusiyaya gələn miqrantlara qarşı da müxtəlif zorakı cəlbetmə üsulları tərəfimizdən zaman-zaman müşahidə olunub.

Bu fikirləri AZƏRTAC -a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.

“Rusiyada yaşayaraq böyük miqrant icmalarını təmsil edən millətlər arasında Orta Asiya ilə yanaşı, həmyerlilərimiz də var. Onlar bu ölkənin ticarət, inşaat, təmizlik sektorunda işləyirlər. Təbii ki, bu miqrantların bir hissəsi rəsmi qeydiyyatla fəaliyyət göstərsə də, əksəriyyəti qeydiyyatsız yaşayır. Sual yarana bilər ki, qeyd etdiyimiz problem yenidirmi? Əsla. Çünki miqrantlarla bağlı hər zaman proses bənzər olub. O zaman rəsmi Moskva bu problemə niyə o zaman yox, məhz indi ciddi münasibət sərgiləməyə başlayıb. Cavab çox sadədir. Ukrayna müharibəsi rəsmi Moskvaya maddi tərəfdən olduğu kimi, insan resursları məsələsində də ciddi problemlər yaradıb. Səfərbərlik dalğaları fonunda minlərlə rus gəncinin ölkədən qaçması, döyüşlərdə itkilərin sayının artması və cəbhəyə könüllü getmək istəyənlərin azalması rəsmi Moskvanı yeni yollar axtarmağa vadar edib. Qısacası, Rusiya ciddi təzyiq vasitələrindən istifadə edərək, miqrantları hərbiyə cəlb etməkdə israrlıdır", - deyə Vüsalə Hüseynli bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmiləri özləri açıqlamalarında etiraf edirlər ki, son vaxtlar ölkə vətəndaşlığı alan miqrantlar arasında hərbidən yayınma halları mövcuddur. “Hərbiyə göndərməyə öz vətəndaşını tapa bilməyən rəsmi Moskva itkiləri azaltmaq və daxili gərginliyi yatırmaq üçün miqrantların hərbiyə göndərilməsini qarşıya hədəf qoyub. Hazırda Rusiyada ciddi şəkildə görünən “miqrant ovu”nun əsas səbəblərindən biri də budur”, - deyə QHT sədri qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri