Rusiyada miqrantlarla bağlı mühüm yenilik
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyada miqrantların ölkəyə girişinə və ölkə daxilində hərəkətinə nəzarət məqsədilə biometrik sistemin bütün regionlarda tətbiq olunması planlaşdırılır.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev danışıb.
Onun sözlərinə görə, hazırda Moskva və Moskva vilayətində fəaliyyət göstərən "Amina" xidmətinə bənzər biometrik nəzarət mexanizminin ölkənin digər ərazilərinə də yayılması nəzərdə tutulur.
Medvedev bildirib ki, Moskva yeni sistemin sınaqdan keçirilməsi baxımından əsas platformaya çevrilib və burada kifayət qədər təcrübə toplanıb.
"Biz məhz bu yanaşmanı tətbiq etməyi planlaşdırırıq. Moskva yeni sistemin tətbiqi üçün böyük poliqona çevrilib və kifayət qədər zəngin təcrübə toplayıb", - deyə o qeyd edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 10 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















