Rusiyada neft bazası yanır Ukrayna zərbə endirdi
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Moskva vilayətində yerləşən neft bazasına pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində müəssisənin ərazisində güclü yanğın başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Podmoskovye qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında məlumat yayıb:
"Gecə saatlarında Moskva vilayəti PUA hücumuna məruz qalıb. Dronun düşməsi nəticəsində Noqinskdəki neft bazasının ərazisində yanğın baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və bütün operativ xidmətlər işlərini davam etdirirlər. İctimaiyyəti məlumatlandıracağıq", - deyə o bildirib.
Noqinsk şəhərinə edilən hücum nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinin yaxınlığında yerləşən doğum evi təcili olaraq təxliyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 18 İyul 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















