Rusiyada Qod Nisanov və İlham Rəhimova məxsus obyektlərin bağlanılması təklif edilib
Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda “Rus Evi”nin fəaliyyətinin dayandırılmasından sonra Rusiyadakı bəzi dairələr Azərbaycana qarşı cavab tədbirlərinə başlayıblar.
Missiya.Az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
“Tsarqrad” media qrupunun təsisçisi Konstantin Malofeyev bildirib ki, cavab olaraq Rusiyada azərbaycanlılara məxsus “Sadovod” və “Food City” ilə bağlı eyni addımın atılması təklif edilib:
“Rusiya Azərbaycanın iki ən böyük ticarət platformasından – 40 hektarlıq “Sadovod” bazarından və 120 hektarlıq “Food City” bazarından maliyyə axınları ilə bağlı araşdırma elan edib. Belə qənaətə gəlmək olar ki, istintaq maliyyə axınlarının hara getdiyini göstərəcək və həmçinin real biznes sahibləri və himayədarlarının adlarını çəkəcək”.
Xatırladaq ki, "Food City" topdansatış ərzaq bazasını 2014-cü ildə azərbaycanlı milyarder Qod Nisanov, Zarah İliyev və İlham Rəhimov üçlüyü işə salıb.
Qeyd edək ki, bu gün Bakıda "Rus evi"nin yerləşdiyi bina boşaldılıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 12 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















