Rusiyada tikintidə işləməyə adam tapmırlar 200000 dən çox işçi ÇATMIR
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Rusiyanın əsas iqtisadi sahələrindən biri olan tikinti sektorunda hazırda təxminən 200 min ixtisaslı işçi çatışmır.
BAKU.WS xəbər verir ki, bu barədə Tass-a tikinti şirkətinin rəhbəri Renat Serazetdinov məlumat verib.
Analitikin sözlərinə görə, sektorda əsas problemlərdən biri də mövcud əməkdaşların əmək məhsuldarlığının kifayət qədər yüksək olmamasıdır. O bildirib ki, tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyəti- təxminən 87 faizi bu problemin həlli istiqamətində sistemli addımlar atmır.
Ekspertlər qeyd edirlər ki, Rusiyada miqrantların ölkədə qalma qaydalarının sərtləşdirilməsi tikinti sektorundakı kadr böhranını daha da dərinləşdirir. "Crocus City Hall" terror aktından sonra bir sıra regionların hakimiyyət orqanları xarici işçilərlə bağlı məhdudiyyətlər tətbiq edib və onların bəzi sahələrdə çalışmasını qadağan edib.
Nəticədə, ənənəvi olaraq miqrant əməyindən asılı olan bir sıra sahələr risk altına düşə bilər. Mütəxəssislərin fikrincə, böhran xüsusilə tikinti sektorunda daha qabarıq şəkildə hiss oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 13 May 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















