Icma.az
close
up
RU
Rusiyada vatsap qadağası: bizə zərəri nə olacaq?

Rusiyada vatsap qadağası: bizə zərəri nə olacaq?

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada dövlət nəzarətində olan media qurumları bir neçə gün vatsapın ölkədəki təhlükəsizliyə təhdid yaratmasını tirajlamalarının pərdə arxası məlum oldu.

Sən demə, vatsap zənglərinin məhdudlaşdırılması təklifi heç də terror təhlükəsi ilə əlaqədar deyilmiş. 

Avtosfer.az xəbər verir ki, təklif mobil operatorlardan gəlib. Ölkənin 5 əsas operatoru vatsap və teleqram mesencerləri ilə zənglərin qadağan olunması təklifi ilə Rabitə Nazirliyinə müraciət edib.

Müraciətdə göstərilir ki, sanksiyalara görə avadanlıq alınması çətinləşib və bahalaşıb. Mesencerlər vasitəsi ilə zənglər hər il operatorlara milyardlarla rubl zərər vurur.

Məlum olub ki, artıq Kreml məsələyə yaşıl işıq yandırıb. Təbii ki, belə bir ciddi qərarı nazirlik müstəqil surətdə qəbul edə bilməz. Qalır texniki məsələləri həll etmək.

Bəs qərar Azərbaycana necə təsir edəcək?
Qadağanın tətbiqi Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların xərclərinin kifayət qədər artmasına səbəb olacaq. Onların vətəndəki qohum-əqrəbaları ilə danışıq xərcləri artacaq.

Vatsap qadağası Azərbaycandakı Rusiya şirkətlərinin də xərclərini artıracaq. Xariclə danışıqların mobil və ya sabit telefonla aparılması hüquqi şəxslərin büdcəsi üçün əlavə yükdür.

Sadə Rusiya vətəndaşları da ölkə daxilində danışıqlar üçün əlavə xərc çəkəcəklər. Çünki Rusiyada ölkədaxili zənglərə də rominq tətbiq edilir. 

Bu qadağa təklifi bir daha göstərir ki, Rusiyanın mobil operatorları sərbəst bazar şəraitində rəqabət apara bilmir. Onlar vaxtilə vatsapın Rusiyaya gəlişini də obrazlı desək, top-tüfənglə qarşılamışdılar. 
İşin daha pis tərəfi budur ki, belə bir qadağa Rusiyanın “sözündən çıxa bilməyən” ölkələr üçün də presedent yarada bilər.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Avqust 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri