Icma.az
close
up
RU
Rusiyada yeni “çadayevçilik”

Rusiyada yeni “çadayevçilik”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yaxud bu ölkədəki anti-Azərbaycan qüvvələrlə bağlı nekroloq əvəzi

Aleksey Çadayev Azərbaycan Baş Prokurorluğunun bir neçə gün əvvəl beynəlxalq axtarışa verdiyi üç şəxsdən biridir. Söhbət dünənədək Rusiyanın nəqliyyat nazirinin müşaviri postunu tutmuş A.Çadayevdən gedir. Deyilənə görə, bu məxluq nazirlikdəki işini ictimai əsaslarla görürmüş. Düşünmək olar ki, o, dövlət qurumunda pul qazanmadığı üçün ölkəmizə qarşı hədyanlar yağdırmaq sərbəstliyini hiss edirmiş. Amma mahiyyət başqadır. Çünki Çadayev çoxdanın Çadayevidir. Yəni onun Azərbaycanla bağlı sərsəmləmələrinin bəlli tarixçəsi var.

Beləliklə, A.Çadayev Azərbaycan dövləti tərəfindən axtarışa verildikdən sonra Rusiyanın Nəqliyyat Nazirliyindəki postundan uzaqlaşdığını, daha doğrusu, istefa verdiyini bəyan edib və deyib: “Hesab etmirəm ki, kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai bəyanatlarının dövlətlərarası əməkdaşlığa təsir göstərməsi və dövlətlərin birgə fəaliyyətinə maneələr yaratması düzgün yanaşmadır”.

Çadayevin bu mövqeyinə inana biləcək sadəlövh tapmaq çətindir. Heç onun özü də dediyinə inanmaz. Hər halda, inansaydı, istefa verməz, daha doğrusu, istefaya göndərilməzdi. Hərçənd, məsələ bunda deyil. Məsələ onun kimi qatı anti-Azərbaycan mövqeli birinin Rusiyanın rəsmi qurumunda kifayət qədər yüksək vəzifə tutmasıdır. Aydındır ki, belə şəxs öz baxışını dövlətin yanaşmasından üstün tutacaq. Amma duruma təəccüblənmirik. Ona görə təəccüblənmirik ki, Rusiyanın dövlət telekanalında Vladimir Solovyov kimi nəfəsi Azərbaycana qarşı hədyanlarla gedib-gələn, jurnalistika prinsiplərini şəxsi ambisiyalarına qurban verən məxluq var. Ümumən, Rusiya Solovyova və Çadayevə bənzər neandertallarla doludur.

Əlqərəz, Çadayev bildirib ki, ictimai çıxışları, podkastlardakı çıxışları və yazıları, o cümlədən pilotsuz uçuş aparatları, texnoloji suverenlik və bununla bağlı siyasi proseslərə dair fikirləri yalnız şəxsi ekspert mövqeyini əks etdirir. Əlbəttə, o, gözünün içinədək yalan deyir. Çünki Rusiya və şəxsi mövqe anlayışları bir-birinə tamamilə yaddır. O qədər yaddır ki, Çadayev kimi ekspert qırığına ölkənin mühüm dövlət qurumunda vəzifə verilir və durumun azı etik cəhətdən düzgün olmadığının fərqinə varılmır... Təsəvvür edin, Azərbaycan Rusiyanın Nəqliyyat Nazirliyində çalışan, özü də nazirin müşaviri postunu tutan şəxsi beynəlxalq axtarışa verir və həmin şəxs vəzifəsini davam etdirir. Görünür, Rusiyada kimlərsə bu mənzərənin yolverilməzliyi barədə düşünüb. Hər halda, Çadayev xoşluqla istefa verməz, əksinə, öz aləmində dalğanın qayadan yalnız toz qopara bilməsini düşünüb qürrələnər, hədyanlarını gücləndirər, fərqli azğınlıq texnologiyalarına baş vurardı. A.Çadayevin bundan sonra Azərbaycanla bağlı yeni metodlara əl atacağını da proqnozlaşdırmaq mümkündür. Çünki indi daha sərbəstdir. Digər tərəfdən, bu məxluqun sərsəmləmələrinin tarixçəsinin olduğunu dedik. Məsələn, o, 2016-cı ilin Aprel döyüşlərindən sonra, konkret olaraq, həmin il aprelin 5-də yazdığı “Qarabağ – Rusiyaya qarşı türk təxribatı” sərlövhəli məqaləsində bildirmişdi ki, guya Azərbaycan revanşist ölkədir... Çadayev məqaləsində, həmçinin Qarabağın ölkəmiz və xalqımız üçün haqq işi olduğunu inkar etmiş, yanlış ictimai rəy formalaşdırmağa çalışmışdı. Hərçənd, onu bir mənada haqlı saymaq mümkündür. Ekspert, bir növ, həyəcan təbili çalmış və bildirmişdi ki, Azərbaycanın iqtisadi imkanları artdıqca hərbi baxımdan güclənəcək və torpaqlarını geri qaytaracaq. Dediyi kimi də oldu. “Əmması” odur ki, Çadayev məqaləsində Azərbaycanın yüksəlişini Türkiyə amili ilə bağlamış, bu amili imperializmin təsiri kontekstində əsaslandırmış, beləliklə, Cənubi Qafqazda anti-Rusiya xəttinin formalaşdığını bildirərək təxribatçı mövqe tutmuşdu.

Ümumən, Çadayev rus imperializminin başı ilə düşünür. Onun fikirlərindən məlum olur ki, ekspert bu imperializmin Cənubi Qafqazdakı mövqelərini itirməsindən əndişələnir. Əndişənin nəticəsidir ki, o, Azərbaycan və Ermənistan arasında sülhə maneçilik yaradan ampluadadır. Habelə, Rusiyadakı müəyyən siyasi müşahidəçilərin, guya, Azərbaycan tərəfindən maliyyələşdirildiyini iddia edir. Amma Çadayevin hədyanları diqqətə çatdırdıqlarımızla məhdudlaşmır. Məsələ ondadır ki, politoloq tullantısı bir vaxtlar Azərbaycana Türkiyə təsiri barədə dəm vururdusa, ötən il aparıcısı olduğu “Çistota ponimaniya” podkastının “Ermənilərsiz Ermənistan” buraxılışında ölkəmiz haqqında “Qafqaz İsraili” ifadəsini işlədib cəfəngiyyata varmışdı. Tam aydındır ki, Çadayevin bu dəst-xətti İranı Azərbaycana qarşı qaldırmaq niyyəti güdürdü və belə bir niyyət ekspertin təkcə şəxsi baxışlarından deyil, bütövlükdə, Rusiya ictimai rəyinin düşüncə tərzindən qaynaqlanır.

Çadayevin mövqeyi Azərbaycan-Ermənistan sülhünün qayəsini təşkil edən regional kommunikasiyaların açılması məntiqinə ziddir. Moskva özü duruma müdaxilə edə bilmir, çalışır ki, Tehran hansısa addımlar atsın. Yəni Çadayevin, belə demək mümkünsə, Azərbaycanı İsraillə əlaqələndirməsinin məğzində bu “məram” dayanır. Başqa sözlə desək, ekspert Azərbaycanı, İsraili və Türkiyəni Rusiyanın və İranın regional maraqlarına potensial təhlükə yaradan yeni siyasi konfiqurasiyanın müəllifləri olaraq göstərməklə, qızışdırıcı yol tutur...

Səkkizinci ayını yaşadığımız 2026-cı ilə nəzər salsaq, Çadayevin daha çox azğınlaşdığını görmək mümkündür. Onun çıxışlarında Azərbaycanın parçalanmasından, ayrı-ayrı ərazilərin ilhaqından və talış-ləzgi faktorlarından istifadə kimi “ssenarilərdən” söz açılır. Ümumən isə Çadayevin anti-Azərbaycan yönümlü “yaradıcılıq trayektoriyasında” bir neçə cəhət var. Yəni bu məxluq bir vaxtlar Azərbaycanı revanşist adlandırır, sonra ölkəmizin Türkiyə və İsraillə bağlılığı tezisini gündəmə gətirir, bir növ, İranı duruma müdaxiləyə çağırırdı. İndi isə...

Deməli, Çadayevin Azərbaycana qarşı ən sərt çıxışları onun iki verilişdə – 2026-cı il iyulun 14-dəki və avqustun 13-dəki “Çistota ponimaniya” buraxılışlarında cəmlənib. Yeri gəlmişkən, Baş Prokurorluğun cinayət işi ilə bağlı açıqlamasında da məhz bu iki veriliş üzərində dayanılır. Orada Çadayev Azərbaycan hakimiyyətinin devrilməsi çağırışını səsləndirir, ölkəmizi hədələyirdi. Ən əsası isə, o, bir qədər də irəli gedərək, Xəzər dənizinə hərbi gəmilər çıxarmaqdan, ölkəmizin işğalından, Bakıya desant qüvvələrinin yeridilməsindən dəm vururdu.

Göründüyü kimi, Çadayev, təxminən, Solovyovun ağzı ilə danışmağa üstünlük verir. Eynilə Azərbaycanın axtarışa verdiyi daha bir politoloq qırığı Semyon Uralov kimi. Nəzərə alaq ki, Uralov Çadayevin diqqətə çatdırdığımız fikrinə “çox məntiqidir” deyərək dəstək vermişdi. Əlbəttə, Uralovun özünün də sərsəmləmələri var və bu barədə qarşıdakı saylarımızın birində söz açacağıq. Hələlik isə...

Qeyd edək ki, Çadayevin və digər iki şəxsin Azərbaycan dövləti tərəfindən beynəlxalq axtarışa verilməsi Rusiyanın informasiya müstəvisindəki növbəti anti-Azərbaycan isterikası fonunda baş verir. Heç şübhəsiz, indiki durumda isterikanın səbəbi Azərbaycan-Ukrayna münasibətləridir və bu, Rusiyadakı şovinist kəsimin gözünə girir. Axı sözügedən kəsimin təmsilçilərini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun Bakıda olması ciddi narahat edib. Onlar öz aləmlərində, ölkəmizi hədələyib onu müstəqil siyasət kursundan daşındıracaqlarını düşünürlər və bu yanaşmanın adı, yumşaq desək, çirkinlikdir. Əslində, çadayevlərin mövcudluğu da Rusiyanın ictimai mühitinin çirkin mahiyyətinin təzahüründən başqa bir şey deyil. Sonda onu da bildirək ki, Çadayevin tutduğu vəzifədən getməsi onun müstəqil dövlət kimi saymadığı, həqarət yağdırdığı Azərbaycanın sərt reaksiyası sayəsində yaşanır. Yəni adam, el dilində desək, ölüb yerə girməlidir və bu durum anti-Azərbaycan ritorikasına köklənmiş digərləri üçün dərs olmalıdır. Dərs olmalı və yerlərini bilməlidirlər.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see663

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see324

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see299

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see275

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see273

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see247

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see230

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see229

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see228

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see219

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see184

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see179

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see175

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see174

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see168

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see167

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see166

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see151

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri