Icma.az
close
up
RU
“Rusiyadakı bu həbslər siyasi təzyiq aktıdır “Azərbaycan bu məsələyə biganə qala bilməz”

“Rusiyadakı bu həbslər siyasi təzyiq aktıdır “Azərbaycan bu məsələyə biganə qala bilməz”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının bu cür davranışı, xüsusilə də ortada şəffaf, inandırıcı hüquqi əsas olmadan həyata keçirdiyi həbslər etnik və siyasi motivli təzyiq aktı kimi qiymətləndirilməlidir: “Rusiyada son günlər azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların ard-arda həbsi təkcə hüquqi məsələ deyil, bu, eyni zamanda açıq-aşkar siyasi xarakter daşıyan, milli ayrı-seçkilik təəssüratı yaradan, qərəzli bir prosesdir. Bu cür həbslər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı qəzəb doğurur. Bu, nə beynəlxalq hüquq normalarına, nə də dövlətlərarası dostluq münasibətlərinə uyğun gəlir. Azərbaycanlı sahibkarlar və diaspor təşkilatlarının nümayəndələri uzun illər Rusiya cəmiyyətində dinc şəkildə fəaliyyət göstərib, iqtisadiyyata töhfə verib, Azərbaycanla Rusiya arasında körpü rolunu oynayıb. İndi həmin insanlara qarşı məqsədli basqı kampaniyasının aparılması qətiyyətlə pislənməlidir”.

Deputat bildirib ki, bu cür siyasi motivli həbslər Azərbaycan ictimaiyyətində onsuz da reputasiyası çox aşağı olan Rusiya dövlətinə qarşı inamsızlıq və qəzəb yaradır:

“Azərbaycan bu məsələyə biganə qala bilməz. Ölkəmizin aidiyyəti qurumları və diplomatik nümayəndəlikləri haqlı və düzgün olaraq dərhal bu məsələyə müdaxilə edib. Hüquqları pozulan azərbaycanlıların müdafiəsi təmin edilməli, məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır. Eyni zamanda, iki dövlət arasında dostluq münasibətləri birtərəfli təzyiq və təqib əsasında davam edə bilməz. Heç bir dövlət Azərbaycanla təhdid və təzyiq dilində danışa bilməz. Rusiya da bunu anlamalı və öz siyasətini buna uyğun qurmalıdır. Azərbaycan xalqı və dövləti bu cür haqsızlıqları heç vaxt susqun qarşılamayıb və bu gün də öz həmvətənlərinə qarşı edilən ədalətsizliklərə biganə qalmayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri