Rusiyadakı miqrantların yaxınlarının nəzərinə Pis xəbər
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Rusiyada ağır cinayətlər törətməkdə təqsirli bilinən miqrantların qohumları ölkədən çıxarıla bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov danışıb.
Onun sözlərinə görə, hətta müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Sənəd ölkədə və ya xaricdə ağır cinayətlər törətmiş əcnəbilərin Rusiyaya girişinin qadağan olunacağını nəzərdə tutur.
Mironov iddia edib ki, sözügedən təşəbbüs cinayətlərin azalmasına səbəb olacaq:
“Təəssüf ki, Mərkəzi Asiya ölkələrindən olan insanların kriminal keçmişi bizim hüquq-mühafizə orqanlarımız üçün sirdir. Miqrantların Rusiyaya gəlməmişdən əvvəl öz ölkələrində nə etdiklərini və ya nə işlə məşğul olduqlarını heç kim həqiqətən bilmir”, – deputat bildirib.
Mironov ailə klanlarının ölkədən çıxarılmasını da təklif edib.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:109
Bu xəbər 04 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















