Icma.az
close
up
RU
Rusiyadan 2025ci ildə sülh sazişi ÇAĞIRIŞI

Rusiyadan 2025ci ildə sülh sazişi ÇAĞIRIŞI

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Rusiya yeni ildə İrəvan və Bakı arasında 2025-ci ildə çoxdan gözlənilən sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırdır”.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Yeni il təbrikində belə deyilir. 

“Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səylərinin bir hissəsi olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməkdə davam edib. Oktyabrın sonunda Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Ermənistan-Azərbaycan yüksək səviyyəli danışıqları bu prosesin irəli aparılmasına mühüm töhfə verdi. Biz yeni ildə İrəvan və Bakı arasında möhkəm və ədalətli razılaşma əsasında çoxdan gözlənilən sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə hazırıq”, - deyə Rusiya səfiri vurğulayıb.

Onun fikrincə, bu sənəd Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında regionda nəqliyyat kommunikasiyalarının blokdan açılmasına dair razılaşmaların həyata keçirilməsinə imkan verəcək. Rusiya-Ermənistan münasibətlərinə gəlincə, Kopırkin bildirib ki, ötən il çağırışlara və çətinliklərə baxmayaraq, Moskva və İrəvan müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin bərk sınaqdan çıxması üçün ardıcıl çalışıblar. Kopırkin xüsusilə, ölkələrin ən yüksək səviyyədə siyasi dialoqu dəstəkləməsinə diqqət çəkib.

Parlamentlər, icra və məhkəmə hakimiyyətləri arasında ikitərəfli əlaqələr davam etdirilib. Rusiya-Ermənistan hökumətlərarası komissiyasının dekabrın ortalarında Moskvada keçirilən iclasında bir sıra mühüm sazişlər imzalanıb.

“Bu il iki dəfədən çox artmış ticarət-iqtisadi göstəricilər bizi qane etdi. Rusiya Ermənistan üçün əsas xarici ticarət tərəfdaşı və investoru olaraq qalır. Bu, sıx çoxşaxəli qarşılıqlı fəaliyyətin məntiqi davamı, eləcə də Avrasiya iqtisadi inteqrasiyasının nəticəsidir”,- deyə Rusiya səfiri bildirib. 

Kopırkin əməkdaşlığın ümumi inteqrasiya birlikləri çərçivəsində, ilk növbədə, Avrasiya İqtisadi Birliyi platformasında uğurla inkişaf etdiyini və bunun səmərəliliyini və aktuallığını inandırıcı şəkildə sübut etdiyini deyib:

“Çox işlər görülüb, amma hələ çox işlər görülməlidir. Əminəm ki, dünyada davam edən böhran və ümumilikdə qlobal təlatümlər ölkələrimizi və xalqlarımızı ümumi çağırışlar və təhdidlər qarşısında daha möhkəm birləşdirməli, bütün sahələrdə əməkdaşlığın qurulmasına və dərinləşməsinə təkan verməlidir”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri