“Tənbəl kimi qələmə verildikcə özümə qapanıram”
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Aysel Əlizadə son dövrlər həyatında baş verən dəyişikliklərdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” verilişində bəhs edib. O bildirib ki, son vaxtlar həyata, işə və insanlara münasibəti dəyişib:
“Hər şey dəyişib. İnsan böyüdükcə həyata baxış bucağı dəyişir. İşə, dostlarına yanaşman fərqli olur. Özünə qapanıq insanam. Ətrafda məni pozitiv Aysel kimi tanıyırlar. Daxilimdə isə çox tez inciyən, hər şeyi içimə atan və depressiya yaşayan biriyəm.
Tənbəl kimi qələmə verildiyim müddətdə özümə qapanıram. Bir ildən çoxdur öz enerjimi, sevgimi işimə verməyə çalışıram. Butik açdım, nələr etdim. Onlar da zaman aldı, enerji sərf etdim. Son qərar olaraq dedim ki, dayanaq. Mənim ən gözəl işim səsimdir, sənətimdir. Onunla düzgün məşğul olsam, uğur qazana bilərəm”.
Baxış sayı:69
Bu xəbər 24 Noyabr 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















