Rusiyadan İdlibə hava hücumu 17 nəfər öldü
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şimal-qərbində İdlibin müxtəlif nöqtələrinə endirdiyi hava zərbələri nəticəsində 17 nəfər ölüb, 55 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, Mülki Müdafiə mənbələrindən əldə edilən məlumata görə, İdlibin mərkəzindəki İbn-i Sina xəstəxanasına 3 hava zərbəsi nəticəsində 8 nəfər həyatını itirib, 43 nəfər yaralanıb.
İdlibin şimalındakı Maarratmisrin bölgəsinə endirilən hava zərbələri nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb.
AA xəbərinə görə; Rusiyaya məxsus döyüş təyyarələrinin İdlibin cənubundakı Maaratunnuman bölgəsinə təşkil etdiyi hava hücumunda 2 nəfər həyatını itirib.
Bundan əlavə, Bəşər Əsəd rejiminə aid döyüş təyyarələri Hələbin şəhər mərkəzində, əsasən xristianların məskunlaşdığı Məhattat Bağdad məhəlləsinə hava hücumu həyata keçirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 03 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















