Icma.az
close
up
RU
Rusiyadan növbəti zərbə: Azərbaycan fermerləri yenə çətin vəziyyətdə

Rusiyadan növbəti zərbə: Azərbaycan fermerləri yenə çətin vəziyyətdə

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan ixrac etdiyi yeyinti məhsullarının 80 faizini, idxal etdiklərinin isə 25 faizini Rusiyadan edir. Biz bu haqda ciddi düşünməli idik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib. O, bildirib ki, Rusiyanın Azərbaycandan ixraca məhddiyyət qoyması təkcə süd və süd məhsulları ilə bağlı deyil:

“Əvvəla, onu deyim ki, Rusiyanın Azərbaycandan ixraca məhddiyyət qoyması təkcə süd və süd məhsulları ilə bağlı deyil. Rusiya meyvə-tərəvəz idxalında da ciddi problemlər yaradır. Yoxlamalar artırılıb və konkret iradlar var. Bəzi zərərvericilərin aşkar edildiyi deyilib. Biz bu problemin getdikcə dərinləşəcəyini deyirdik. Azərbaycan təyyarəsinin vurulmasından sonra münasibətlərin gərginləşməsi fonunda, Rusiya hakimiyyəti idxal-ixrac məhsullarına məhduiyyət qoymaqdan bir siyasi alət kimi istifadə edir. Bu əvvəl də belə olub. Əvvəllər bizim çoxsayılı fermerlər Rusiyanın apardığı bu siyasətdən çox ciddi zərərə məruz qalıblar. Məsələn, Şəmkir rayonunun Düyərli kəndində, Göyçayda azsaylı pomidor istehsalçıları qalıb. Xatırlayırsınızsa, 5-6 il bundan öncə Rusiyaya sanksiya qoyulanda, ruslar Azərbaycandan idxal həcmini xeyli artırdılar. Növbəti mərhələdə idxalda alternativ bazarlar tapan Rusiya yenidən Azərbaycana diş qıcamağa başladı. Rusiya mətbuatı və dövlət rəsmiləri açıq-aşkar idxal və ixrac məsələsində Azərbaycanı təhdid etməkdədir. Mən sizə deyim ki, vəziyyət daha da gərginləşə bilər. Biz hazır olmalıyıq".  Toyuqlu pizza

Ekspert vurğulayıb ki, daha çox Azərbaycan bazarında tələb görən məhsullar istehsal olunmalıdır:

“Məsələn, Azərbaycan Rusiyaya süd və süd məhsulları ixrac edir. Bunun həcmi çox azdır. Həmin məhsullar daxili bazara yönəldilməlidir. Yəqin ki, bililirsiniz, bil xaricdən nə qədər süd və süd məhsulları idxal edirik. Eyni zamanda meyvə və tərəvəzi. Düzdü, biz 160 min tona yaxın xurma ixrac edirik. Biz onu daxili bazarda həzm edəcək gücdə deyilik. Bu böyük həcmdir. Azərbaycan bazarında xurma onsuz da bir o qədər də tələb olunmur. Biz bu kimi məhsulların bazarlarının axtarışında olmalıyıq. Yaxud xurma istehsalı ilə məşğul olanlar düşünməlidir ki, digər sahələrdə özlərini sınasınlar. Hansı məhsula Azərbaycanda tələbat var, məhz o məhsullar istehsal olunmalıdır. Niyə biz hər dəfə Rusiyanı hesablayıb bağ salmalıyıq? Nəticədə də görürük ki, Rusiya müəyyən mərhələdən sonra bizə problemlər yaradır. Üstəlik dəfələrlə bildirmişik ki, Rusiya bazarı dayanıqlı deyil. Azərbaycanın kifayət qədər resursları və imkanları var. Biz özümüz-özümüzü təmin etməliyik. Təəssüflər olsun ki, bu baş vermədi. Azərbaycan ixrac etdiyi yeyinti məhsullarının 80 faizini, idxal etdiklərinin isə 25 faizini Rusiyadan edir. Biz bu haqda ciddi düşünməli idik”.

Xatırladaq ki, Rusiya Azərbaycanın iki süd məhsulları istehsalçısına qadağa qoyub. Beləliklə "AllBuy" və "Milk Products" şirkətlərinin məhsulları Rusiyaya buraxılmayacaq.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri