Icma.az
close
up
RU
Zelenski Putini çətin vəziyyətə saldı Tramp Rusiyadan cavab gözləyir

Zelenski Putini çətin vəziyyətə saldı Tramp Rusiyadan cavab gözləyir

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Mayk Vals bildiriblər ki, Kiyev müvəqqəti atəşkəsə tam razılaşdıqdan sonra indi müharibəni dayandırmaq üçün hərəkətə keçmək Rusiyanın üzərinə düşür.

Modern.az xəbər verir ki, bu barədə dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərində ukraynalılarla 8 saatdan çox davam edən görüşdən sonra Vals jurnalistlərə bildirib.
“Ukrayna sülhə hazırdır və indi biz bunu ruslarla müzakirə edib onların cavabını alacağıq. Ümid edirik ki, atəşkəsə “bəli” deyəcəklər. İndi top onların meydançasındadır”, - Rubio Rusiya tərəfi haqda deyib.
“Əgər onlar “yox” desələr, təəssüf ki, sülhə nəyin mane olduğunu öyrənəcəyik”.

Öz növbəsində, Mayk Valtz rusiyalı həmkarı ilə yaxın günlərdə danışacağını söyləyib.

Bununla belə, ABŞ rəsmiləri təklifin Rusiyaya necə çatdırılacağı və ya xüsusi elçi Stiv Vitkoffun bu həftənin sonunda Moskvaya gözlənilən səfəri zamanı təqdim edib-etməyəcəyi ilə bağlı konkret təfərrüatlar verməyib.

Lakin onlar mümkün qədər tez irəliləyəcəklərinə ümid etdiklərini bildiriblər.

Həm Rubio, həm də Vals vurğulayıblar ki, Ukrayna ABŞ prezidenti Donald Trampın açıq şəkildə şübhə altına aldığı sülhə sadiqliyini nümayiş etdirib.

“Ukrayna nümayəndə heyəti bu gün açıq şəkildə bildirdi ki, onlar prezident Trampın dünyaya baxışını bölüşürlər”, - Vals bildirib.
“Onlar konkret addımlar atdılar və konkret təkliflər verdilər. Nəinki tam atəşkəs təklifimizi qəbul etdilər, həm də biz bu müharibənin birdəfəlik necə sona çatacağını, onların uzunmüddətli təhlükəsizliyi və rifahı üçün hansı təminatları alacaqlarını ətraflı şəkildə ortaya qoyduq. Biz həqiqətən də bu dəhşətli döyüşə nəhayət son qoymaq üçün nə lazım olduğunu düşünürük”.
Siyasi ekspertlər də deyirlər ki, Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb. İndi top Kremlin meydanındadır. Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa,  Trampı çətin vəziyyətə salacaq.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri