Icma.az
close
up
RU
Rusiyadan Rusiya azərbaycanlılarının durumuna baxış

Rusiyadan Rusiya azərbaycanlılarının durumuna baxış

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Başlar qarışıb Amerikanın İrana qarşı müharibəsinə, Bakını iflic vəziyyətinə salan yağış sularına və bundan dolayı Azərbaycanımızın paytaxtında evlərin su altında qalmasına, Rusiyada yaşayan azərbaycanlılar yaddan çıxıb. İfadələrimdən belə anlaşılmasın ki, yuxarıda sıralama ilə qeyd etdiyim məsələlərə biganəyəm. Əsla. Dünyanın hansı səmtində, hansı köşəsində günahsız bir insanın ölməsinə, öldürülməsinə vətəndaş olaraq qarşıyam, bundan üzüntü keçirirəm. Dünən necə ildi mövqeyim, bu gün də eynidir, dəyişməyib. Ancaq atalarımız yaxşı deyib, “Əvvəl məscidin içi, sonra çölü”. Yəni deməyim odur ki, əvvəl özümüzü düzəldək, öz problemlərimizi yoluna qoyaq, sonra İranın, Amerikanın dərdinə acıyaq, onların problemlərini düşünək. Əgər mənim soydaşım Bakıya iki damcı yağış yağan kimi selin-suyun altında qalırsa, əgər mənim azərbaycanlım hələ də Rusiyada başsız vəziyyətdədirsə, başına bir iş gələndə dərdinə dərman qılan, ona dəstək verən bir təşkilat, qurum yoxdursa, bundan dolayı Rusiyada yaşayan azərbaycanlılar başsız olduqları üçün daha çox təzyiqə məruz qalır, diskriminasiya olunurlarsa, bu halda öncəliklə sadaladığımız problemləri yoluna qoymaq barədə düşünməliyik.
Rusiyada yaşayan azərbaycanlıları təsadüfən demədim. Uzun illərdir Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri kimi burada yaşadığım müddətdə gördüyüm mənzərə bu acı həqiqəti deməyə məcbur edir. Acı mənzərə nədən ibarətdir? Bu barədə daha ətraflı yazaq.
Öncəliklə onu qeyd edim ki, Azərbaycan dövlətinin siyasətində əsas diqqət ölkənin təhlükəsizliyi, iqtisadiyyatın inkişaf etdirilməsi və regionda balanslı siyasət həyata keçirməkdir. Sonuncu arqument hazırda yaşadığım Rusiya Federasiya ilə daha çox bağlıdır. Rusiya ilə münasibətlər strateji və həssas olduğuna görə, buradakı azərbaycanlıların problemləri bəzən açıq şəkildə qabardılmır. Yaxud, bəlli dairələrin, müəyyən adamların problemləri meydana çıxanda adekvat reaksiyalar verilir. Baxmayaraq ki, həmin şəxslərin törətdiyi əməllər bəzi hallarda xüsusilə təhlükəli, kriminal xarakterli olur, ancaq onların dərhal müdafiəsinə qalxılır, lazım gəldikdə həmin şəxslər üçün vəkil belə tutulur.
Əslində, bütün bu addımlar problemlə üzləşən bir azərbaycanlıya yönəlmiş dəstək deyil, maraqlar çərçivəsində atılan addımdır. Yəni, kifayət qədər imkanlı, əhatə dairəsi geniş olan və hansısa cinayət törətmiş azərbaycanlı Rusiyada adı olub özü olmayan, təsir imkanları sıfıra bərabər sayılan “güclü Azərbaycan diasporu” tərəfindən “Əl əli yuyar, əl də qayıdıb üzü” prinsipinə əsasən müdafiə edilir. Lakin təəssüflər olsun ki, hansısa məişət zəminində xırda bir insdentlə üzləşən azərbaycanlıya qarşı eyni münasibət sərgilənmir. Ən xırda cinayəti törətmiş azərbaycanlıya Rusiya hüquq-mühafizə orqanları, məhkəməsi tərəfindən ən ağır cəza kəsiləndə belə Rusiyadakı “Güclü Azərbaycan diasporu” səssiz-səmirsiz qalır. Çünki sabah diaspor, onun sədri imkansız, özünü, ailəsini zorla dolandıran azərbaycanlıdan bir fayda, qazanc əldə edə bilməyəcək.
Etiraf edək ki, Rusiyadakı azərbaycanlı icması çox böyükdür, amma vahid və güclü təşkilatlanma heç vaxt mümkün olmayıb. Bunun əsas səbəblərindən biri də yuxarıda qeyd etdiyimiz problemdən, diasporun Rusiyada yaşayan hər bir azərbaycanlını deyil, yalnlz imkamlı soydaşlarımızı əhatə etməsidir.
Media və informasiya sahəsində mövcud olan boşluq da azərbaycanlılara mənfi təsir edən amillərdəndir. Bir qədər də konkretləşdirsək, Rusiyada baş verən hadisələr, azərbaycanlılara qarşı təzyiqlər, qeyri-qanuni hərəkətlər yerli mediada geniş işıqlandırılmır. Ümumiyyətlə, bu kimi halların Rusiya mediasında əks olunması mümkünsüzdür. Hesab edirəm ki, bu da həm Azərbaycan, həm də Rusiyanın informasiya siyasəti səbəbindəndir. Yəni, Rusiya ilə bağlı informasiya siyasəti düzgün qurulmayıb, ona yenidən baxmaq lazımdır.
Bütün qeyd edilənləri nəzərə alaraq ümumiləşdirilmiş şəkildə deyə bilərəm ki, birincisi, təşkilatlanmanın zəif olması Rusiyadakı azərbaycanlıların vahid mövqedən çıxış etməsinə mane olur. Bu isə onların sosial, hüquqi və iqtisadi problemlərinin lazımi səviyyədə gündəmə gətirilməsini çətinləşdirir. Halbuki güclü diaspor qurumları digər xalqlarda olduğu kimi, dövlət orqanları ilə effektiv əlaqələr quraraq öz icmalarının maraqlarını müdafiə edə bilirlər.
İkincisi, ictimai-siyasi proseslərdə fəal iştirakın olmaması azərbaycanlıların qərarvermə mexanizmlərində təmsilçiliyini zəiflədir. Bu da həm diskriminasiya hallarına qarşı mübarizədə, həm də hüquqların müdafiəsində boşluqlar yaradır.
Üçüncüsü, liderlik böhranı və ya şəxsi maraqların ön plana çıxması bəzən diaspor daxilində parçalanmaya səbəb olur. Nəticədə isə ümumi məqsədlər arxa plana keçir və icma daxilində etimad azalır.
Vadim Əbdürrəhmanov,
Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Vilayətində-Yuqrada fəaliyyət göstərən Azərbaycan Xalqları Assambleyasının sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri