Rusiyalı basketbolçu transfer edildi, ukraynalı komandadan ayrıldı
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin LSU universitetinin qadın basketbol komandasında diqqətçəkən hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, ukraynalı basketbolçu Keyt Koval komandanı tərk etmək qərarına gəlib.
Bu qərar LSU-nun rusiyalı basketbolçu Anna Minayevanı heyətinə qatmasından iki həftədən az vaxt sonra verilib. Baş məşqçi Kim Malki Kovalın “şəxsi səbəblərə görə” ayrıldığını bildirib və qərarın onun üçün ağır olduğunu vurğulayıb.
Kiyevdə anadan olan Koval ötən mövsüm LSU-nun heyətində orta hesabla 8,3 xal və 6,3 ribaund toplayıb.
Malki daha əvvəl Minayevanın transferinə başlamazdan öncə Koval ilə danışdığını açıqlayıb. Mütəxəssis ukraynalı oyunçuya Rusiyaya münasibətini dəyişməyi istəmədiyini, lakin iki ölkə arasındakı müharibənin LSU üçün faydalı hesab etdiyi basketbolçunu transfer etməsinə mane olmayacağını bildirib.
Minayeva daha əvvəl Rusiyada MBA Moskva klubunda peşəkar səviyyədə çıxış edib.
Baxış sayı:96
Bu xəbər 26 Avqust 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















