Icma.az
close
up
RU
Rusiyalı ekspert: AZALa və həlak olanların ailələrinə kompensasiyanın verilməsi məsələsi tezliklə həll ediləcək

Rusiyalı ekspert: AZALa və həlak olanların ailələrinə kompensasiyanın verilməsi məsələsi tezliklə həll ediləcək

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib və faciəyə görə ölkəsinin məsuliyyətini etiraf edib.

Bu barədə “Report”un Rusiya bürosuna Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan liderlərinin telefon danışığından sonra təyyarə qəzasının səbəblərinin ətraflı şəkildə araşdırılacağına şübhə yoxdur.

"Qaydalara əsasən, ilkin hesabatın hazırlanması üçün 30 gün, tam hesabat üçün isə 12 aya qədər vaxt ayrılır. Lakin AZAL aviaşirkətinə təyyarənin itirilməsinə görə, həmçinin həlak olmuş sərnişinlərin və pilotların ailələrinə kompensasiyanın ödənilməsi ilə bağlı qərar yaxın vaxtlarda qəbul ediləcək. Artıq dediyim kimi, Rusiya hökuməti faktlardan yayınmaq və ya onları gizlətmək niyyətində deyil. Əgər araşdırma Rusiya hökumətinin günahını təsdiqləsə, o, öz məsuliyyətini qəbul edəcək", - Markov qeyd edib.

Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Report”un Rusiya bürosuna şərhində Azərbaycan və Rusiya liderlərinin siyasi müdriklik nümayiş etdirdiklərini vurğulayıb.

"Telefon danışığının yekunu üzrə prezidentlər araşdırmanın aparılmasında birgə zəruri köməkliyin göstərilməsi barədə razılığa gəliblər və düşünürəm ki, Rusiya hava məkanında Azərbaycan təyyarəsi ilə baş vermiş faciəli hadisənin Moskva və Bakı arasında dövlətlərarası və tərəfdaşlıq münasibətlərinə təsir etməməsi üçün hər şeyi edərək siyasi müdriklik nümayiş etdiriblər", - o qeyd edib.

İ.Korotçenko vurğulayıb ki, Əliyev və Putinin birbaşa əlaqə kanalı və ən mürəkkəb məsələlərlə bağlı tez və operativ şəkildə qərarlar qəbul etmək imkanı var: "Hesab edirik ki, baş vermiş faciənin bütün səbəblərini müəyyən etməyə və müvafiq olaraq zəruri hüquqi nəticələr çıxarmağa imkan verəcək iş aparılacaq".

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see122

Premyer Liqa: “Araz Naxçıvan” “Kəpəz”i məğlub etdi

09 Dekabr 2025 19:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri