Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Rusiyalı ekspertdən qəza ilə bağlı maraqlı təhlil: “Ya iriçaplı pulemyotla atəş açılıb, ya da…”

Rusiyalı ekspertdən qəza ilə bağlı maraqlı təhlil: “Ya iriçaplı pulemyotla atəş açılıb, ya da…”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hazırda bu insidentlə bağlı araşdırma aparılır. Mütəxəssislər ümumi bir mənzərəni əldə edəcəklər. Əgər bu rəsmi araşdırma Rusiyanın günahkar olduğunu göstərərsə, heç bir şübhə yoxdur ki, Rusiya tərəfi öz günahını etiraf edəcək, Azərbaycan hakimiyyətindən və xalqından ən dərin üzrxahlığını dilə gətirəcək və kompensasiya məsuliyyətini öz üzərinə götürəcək."

Bu sözləri rusiyalı politoloq Sergey Markov 

“Cebheinfo.az”-a AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı açıqlamasında bildirib. 

"Bu kompensasiya həm təyyarəni itirmiş AZAL aviaşirkətinə, həm də bu faciədə yaxınlarını itirmiş ailələrə veriləcək. Bu cür üzrxahlıq mütləq ediləcək. Amma bu üzrxahlıq yalnız aviasiya komissiyasının mütəxəssislərinin təqdim etdiyi məlumatlar əsasında olacaq, teleqram kanallarındakı isterik çağırışlara əsaslanaraq yox. Bu kanalların bir çoxu Rusiyaya qarşı təxribat xarakterli çağırışlar edir və Qərbin xüsusi xidmət orqanları tərəfindən idarə olunur. 

Rusiyanın nüfuzunu ləkələmək və Rusiya ilə Azərbaycan arasındakı münasibətləri pisləşdirmək məqsədini güdən bu informasiya kampaniyalarının təsiri altında rəsmi Moskva heç bir bəyanat verməyəcək”.

O bildirib ki, əldə olunan məlumatlar əsasında hadisənin rekonstruksiyası təxminən belədir: 

“Təyyarə Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə hücuma başladığı vaxtda Qroznıya yaxınlaşıb və eyni zamanda hava hücumundan müdafiə sistemi işə düşüb. Görünür, səhv ondadır ki, hava limanının bağlanması barədə vaxtında məlumat verilməyib. Bu, “örtük planı” adlandırılan planın tətbiq olunmaması ilə bağlıdır. 

Buna görə də Bakıdan havaya qalxmış təyyarə Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə hücumunun başladığı vaxt Qroznı hava limanına enməyə cəhd edib. Hava hücumundan müdafiə sistemi artıq işə düşmüşdü və rəsmi olaraq hava limanı açıq idi.

Bu təyyarə Qroznıya enməyə çalışsa da, bunu edə bilmədi, çünki artıq radioelektron mübarizə sistemləri işə düşmüşdü. Bu sistemlər yalnız Ukrayna ordusunun pilotsuz uçuş aparatlarını deyil, həm də təyyarənin naviqasiya cihazlarını bloklayır".

Ekspertin fikrincə, təyyarə iki dəfə eniş etməyə cəhd edib, lakin eniş alınmadığından Bakıya qayıtmaq qərarına gəlib: 

"Bu hadisə təxminən səhər saat 7:40-8:00 arasında baş verib. Saat 8:16-da təyyarəyə xaricdən zərər dəyir. Pilot PUA hücumundan xəbərsiz olduğu və bu hücum barədə dispetçerin də məlumatsız olduğu üçün pilot bu zərərin quşlarla toqquşma nəticəsində baş verdiyini düşünür. Bu cür hallar kifayət qədər tez-tez baş verir. O, bu barədə dispetçerə məlumat verir.

Dispetçer isə bundan sonra hərbçilərlə əlaqə saxlayaraq, vəziyyətlə bağlı məlumat alır. Hərbçilər pilotsuz uçuş aparatlarının hücumunun davam etdiyini və hava hücumundan müdafiə sisteminin işə düşdüyünü bildirirlər. Bundan sonra dispetçer təyyarəyə vurulan zərərin hərbi xarakterli ola biləcəyi barədə məlumat verir. Nəhayət, yalnız saat 8:21-də Qroznı hava limanının bağlanması ilə bağlı “örtük planı”nın rəsmi şəkildə elan edilməsi haqqında məlumat verilir.

Bu məlumatdan sonra pilotlar qərar qəbul edirlər. Təyyarəyə vurulan zərərin quşlardan deyil, hərbi bir partlayışdan qaynaqlandığını anlayırlar. Bunun quşlardan gələn zərərdən daha ciddi ola biləcəyini nəzərə alaraq, ən yaxın hava limanına eniş qərarını qəbul edirlər. Bu cür hallarda dispetçerlər yalnız tövsiyə verirlər, amma qərarı təyyarə komandiri, yəni baş pilot qəbul edir.

Beləliklə, pilot eniş üçün qərar verir.

Pilot Qroznıya yaxın olan Mahaçqala hava limanına və Manas hava limanına, həmçinin nisbətən uzaq olan Mineralnıe Vodı hava limanına müraciət edir. Lakin görünür ki, bu hava limanlarında da eyni vaxtda “örtük planı” tətbiq olunduğu üçün enişə icazə verilmir. 

Burada, görünür ki, “örtük planı”nın tətbiqi ilə bağlı səhvlər olub. Qroznı üçün bu planın tətbiqi çox gecikib. Onlar artıq Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının hücumunu dəf edirdilər, lakin bu planı hələ tətbiq etməmişdilər. Nəticədə Bakıdan gələn bu təyyarə bir növ tələyə düşüb. Digər hava limanlarında isə ehtiyatlı olmaq üçün “örtük planı” əvvəlcədən tətbiq edilib. Halbuki, Mineralnıe Vodı və ya başqa bir hava limanında bu təyyarəni qəbul etmək mümkündür. Amma artıq həmin hava limanlarında da “örtük planı” tətbiq olunduğu üçün eniş mümkün olmayıb.

Bu şəraitdə təyyarə komandiri ən yaxın açıq hava limanlarını axtarır və yalnız 500 kilometr uzaqlıqda Aktau hava limanının açıq olduğunu görür. O, Aktauya enmək üçün icazə istəyir, icazə alır və ora doğru uçur. Görünür ki, təyyarənin zədələnməsi çox ciddi olmayıb, Qroznı ilə Aktau arasında təxminən 500 kilometr məsafə var və o, bu məsafəni kifayət qədər sabit şəkildə qət edir.

Lakin uçuş zamanı məlum olur ki, partlayış nəticəsində təyyarənin sükan və ya qanad altı idarəetmə sisteminin hidravliki zədələnib. Qanad altlıqları təyyarənin hərəkətini yuxarı, aşağı, sağa və sola istiqamətləndirən dəmir lövhəciklərdir, sükan isə ümumi idarəetmə sistemidir. Nəticədə təyyarənin ümumi istiqamətini müəyyən etmək mümkündür, lakin eniş kimi dəqiq və həssas idarəetmə tələb edən şəraitdə bunu etmək mümkün olmur. Əsasən pilot təyyarəni idarə etmək üçün sol və sağ reaktiv mühərriklərin gücünü tənzimləyir ki, bu da nisbətən təhlükəsiz və yüksək hündürlükdə mümkün olur. Amma aşağı hündürlükdə, yəni eniş zamanı hər saniyə reaksiya tələb edən bir şəraitdə bunu etmək olduqca çətindir”.

O ehtimal edir ki, bu səbəbdən təyyarə eniş zolağına qanadı ilə toxunur və qəza baş verir: 

“Bu qəza nəticəsində bütün ekipaj üzvləri və təyyarənin ön hissəsində olan sərnişinlər həyatını itirir. Təyyarə parçalanır və arxa hissədə oturanlar yaralanır, amma sağ qalmağı bacarırlar.

Hazırda ən mümkün versiya hava hücumundan müdafiə raketinin partlaması hesab olunur, lakin bu, təyyarəyə birbaşa raket zərbəsi ola bilməzdi. 

Əgər raket təyyarəyə birbaşa dəysəydi və ya hətta təyyarənin yaxınlığında partlasaydı, təyyarə dərhal vurulub düşərdi və 500 kilometr məsafə uçmaq mümkün olmazdı. Buna görə də, ya iriçaplı pulemyotla atəş açılıb, bu silahla adətən pilotsuz uçuş aparatlarını vururlar. Ya da çox uzaqda, bəlkə də bir neçə kilometr məsafədə bir raketin partlaması baş verib və onun qəlpələri havada uçaraq təyyarəni zədələyib. Ehtimal var ki, bu, pilotsuz uçuş aparatı tərəfindən atəş açılması və ya partlaması olub.

Bu versiyaları təsdiqləmək üçün həmin anda havada baş verən hadisələrin qeydləri lazımdır. Bundan əlavə, təyyarənin gövdəsində olan güllə və ya qəlpə deşiklərinə ballistik ekspertiza aparılmalıdır. Bu isə müəyyən vaxt tələb edir”.

Ekspert qeyd edib ki, Qərb KİV-lərinə inanmağa ehtiyac yoxdur:

“Çünki onlar hər şeydə Rusiyanı ittiham etməkdə maraqlıdırlar. 

Rusiya “Telegram” kanallarına gəlincə, vurğulamaq istəyirəm ki, hazırda istinad edilən AGPU adlı “Telegram” kanalı Rusiyanın güc strukturlarına yaxın deyil, britaniyalı xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Mixail Xodorkovski tərəfindən maliyyələşdirilir.

Etiraf etməliyəm ki, bu kanalın işi yaxşıdır və kifayət qədər keyfiyyətlidir, lakin o, obyektiv deyil və Rusiya güc strukturlarının maraqları üçün deyil, onların əleyhinə məlumatlar verir. Bu, Xodorkovskinin əsas informasiya layihələrindən biridir".

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15857

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see936

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see246

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see206

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri