Icma.az
close
up
RU
Rusiyalı müğənni Alsu Bakıda möhtəşəm solo konsertlə çıxış etdi

Rusiyalı müğənni Alsu Bakıda möhtəşəm solo konsertlə çıxış etdi

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

14 fevral – ilin ən romantik günündə məşhur rusiyalı müğənni Alsu Bakıda möhtəşəm solo konsertlə çıxış edib.

AZXEBER.COM xəbər verir ki, "Caspian Media Group”un təşkil etdiyi tədbir Bakı Konqres Mərkəzinin səhnəsində baş tutub.

Müğənni Bakıdakı axşamını öz repertuarının ən romantik mahnılarından biri olan "Свет в твоём окне” ilə açıb.

"Axşamınız xeyir, əziz Bakı!” – deyə səhnəyə çıxan ifaçı sevincini dilə gətirib.

O, Azərbaycanda yenidən çıxış etməkdən böyük məmnunluq duyduğunu qeyd edib:

"Burada sonuncu konsertim hələ 2000-ci illərin əvvəlində olub. Çox uzun zaman keçib və mənim sizə danışacaq çox şeyim var.

Hamınızı bayram münasibətilə təbrik edirəm! Ümid edirəm ki, zalda cütlüklər var və mənimlə birlikdə oxuyacaqlar”, – deyə Alsu pərəstişkarlarına müraciət edib.

İfaçı səmimi salamlamadan sonra repertuarındakı məşhur "Там, где рождается свет” mahnısını səsləndirib.

Bütün gecə boyunca tamaşaçılar müğənniyə çiçəklər və hədiyyələr təqdim edib.

"Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri – Bakını mənə tanıtdığı üçün minnətdaram. O, həmişə deyirdi ki, burada yaşayan insanlar xüsusi bir enerjiyə malikdirlər. Bu, həqiqətən belədir! Siz elə mehriban və qonaqpərvər insanlarsınız ki, bunu sözlə ifadə etmək çətindir. Dünən restoranda şam yeməyi yeyərkən elə bil illərdir tanış olduğum insanlarla əhatələnmişdim. Məni bu qədər sevgiylə qarşılayan hər kəsə təşəkkür edirəm!” – deyə, o bildirib.

Müğənni "Lunная тропа”, "Весна”, "Вчера”, "Зимний сон” kimi hitlərini, həmçinin məşhur ingilisdilli "Solo”, "Always on my mind”, "Before you love me” və digər mahnılarını ifa edib. Bundan əlavə, o, tamaşaçıları yeni "Я учусь не бояться” mahnısı ilə sevindirib.

Hər bir çıxış canlı orkestrin müşayiəti ilə baş tutub və bu, sevgililər gününün romantik ab-havasını daha da artırıb.

"Sizin üçün ən sevdiyim mahnılarımdan birini – "К тебе” ifa etmək istəyirəm. Mən bu mahnını qızım Mikayella ilə birlikdə oxuyuram və ümid edirəm ki, növbəti dəfə Bakıya onunla gələcəyik və birgə çıxış edəcəyik”, – deyə Alsu vurğulayıb.

Müğənni 30 yaşını Bakıda qeyd etdiyini də xatırladıb:

"Ad günümüzdən sonra bütün ailə ilə burada bir ay qalmışıq. Həmişə o günləri sevgi ilə xatırlayıram. Uşaqlar bura heyran qalıb, ona görə də tez-tez gəlməyə çalışacağıq”, – deyə o əlavə edib.

Səhnədən öncə atasının onunla telefonla danışdığını bildirən ifaçı bunları deyib:

"Atam məndən səhnədən mütləq deməyimi istədi ki, o, Azərbaycanı çox sevir.”

Bundan sonra o, konsertə müsbət enerji qatan "Все равно” mahnısını ifa edib və ardınca səhnəyə xalq artisti Emin Ağalarovu dəvət edib.

Emin Alsuya möhtəşəm bir gül buketi təqdim edib və birlikdə tamaşaçıları Sevgililər günü münasibətilə təbrik ediblər. Ardınca "Разные” və "Вместе навсегда” mahnılarını birgə ifa ediblər.

"Xatırlayıram ki, 2000-ci illərin əvvəlində atamla birlikdə Bakıdakı bir tədbirə gəlmişik. Bu, "Lukoil” şirkətinə həsr olunmuş bir gecə olub və o zaman mənə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə tanış olmaq şərəfi nəsib olub. Onun ailəsini böyük hörmətlə xatırlayıram”, – deyə Alsu xatirələrini bölüşüb.

Bundan sonra ifaçı öz bəstələdiyi "Дочь отца” adlı mahnısını bütün atalara həsr etdiyini bildirib.

Gecənin sürprizləri bununla da bitməyib. Müğənni səhnəyə Azərbaycanın Xalq artisti Brilliant Dadaşovanı dəvət edib:

"Biz illərdir tanışıq və mən də sizin kimi bu əfsanəvi Azərbaycan estradasının kraliçasına heyranam. Onunla bir səhnəni paylaşmaq mənim üçün böyük şərəf olub”, – deyə Alsu qeyd edib.

Tamaşaçıları salamlayan Brilliant Dadaşova da Alsunun yaradıcılığını çox sevdiyini bildirib. Onlar birlikdə "Payız gəldi” mahnısını rus dilində ifa ediblər və bu çıxış zal tərəfindən böyük coşqu ilə qarşılanıb. Sözsüz ki, gecənin ən yaddaqalan sürprizlərindən biri olub.

Alsu tamaşaçılarla daim ünsiyyətdə olub, öz hekayələri ilə motivasiya edib, arzuların arxasınca getməyə səsləyib.

Konsert nostalji hisslər oyadan "Иногда” mahnısı ilə başa çatıb. Tamaşaçılar ifaçıya uşaqlıqdan əzbərlədikləri mahnının sözləri ilə qoşulublar.

"Qarşınızda dərin hörmətlə baş əyirəm və yeni görüşlərədək! Mən sizi sevirəm!”, – deyə müğənni vida sözlərini səsləndirib.

Qeyd edək ki, Sevgililər Günündə Bakıda baş tutan solo konsert şəhər sakinləri üçün əsl hədiyyəyə çevrilib və bir daha sübut edib ki, musiqi qəlbləri birləşdirmək və insanlara sevinc, sevgi bəxş etmək gücünə malikdir.

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri