Rusiyalı nazir Bakıya gəldi
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial şəbəkələrdəki məlumatında bildirilib.
Səfər çərçivəsində Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin müşayiəti ilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.
Bu gün Bakıda Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Aleksandr Kurenkov arasında görüş keçiriləcək. Görüşün yekunları üzrə tərəflər 2029-cu ilədək olan dövr üçün birgə fəaliyyət planı imzalamağı planlaşdırırlar.
Həmçinin A.Kurenkovun Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşü planlaşdırılır.
Bundan başqa, rusiyalı nazir yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatının açılış mərasimində iştirak edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Noyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















