Icma.az
close
up
RU
Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 noyabr, Elmir Səftərov, AZƏRTAC

Şimal–Cənub dəhlizi bütövlükdə Avrasiya qitəsi üçün strateji əhəmiyyətə malik nəqliyyat layihəsidir. Bu təşəbbüs Rusiya üçün də böyük önəm daşıyır, çünki Moskva iqtisadi əməkdaşlığını genişləndirmək və regiondakı geosiyasi təsirini möhkəmləndirmək niyyətindədir. Bu kimi beynəlxalq nəqliyyat proqramları dünyanın müxtəlif bölgələri arasında ticarətin daha təhlükəsiz və səmərəli şəkildə qurulmasına xidmət edir. Lakin bəzi Qərb dairələri bu layihələrin genişlənməsini öz maraqları baxımından təhlükə kimi qiymətləndirir və onların qarşısını almağa çalışır.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov söyləyib.

O deyib ki, ABŞ-ın məqsədi Şimal–Cənub və Malakka istiqamətindəki əsas ticarət marşrutlarına nəzarəti saxlamaq, eyni zamanda, region ölkələrinin, xüsusilə Çin, Rusiya və Hindistanın iqtisadi manevr imkanlarını məhdudlaşdırmaqdır. Çin ilə Avropa arasındakı ticarət axınlarının təhlükəsizliyi, enerji təchizatı və logistik dayanıqlıq məsələləri də geopolitik rəqabətin əsas mövzularından biridir:”Bu baxımdan, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Qazaxıstan və Türkmənistanın yükləri Xəzər dənizi vasitəsilə Bakıya gətirilir, buradan isə Gürcüstan limanları, Türkiyə və daha geniş beynəlxalq bazarlara daşınır. Zəngəzur dəhlizinin açılması isə Azərbaycan–Ermənistan–Türkiyə xətti boyunca yeni logistik imkanlar yaradaraq bütün region üçün əlavə üstünlüklər təmin edə bilər. Azərbaycan bu layihələrin həyata keçirilməsi ilə regional və qlobal logistika mərkəzinə çevrilir, həm də iqtisadi təsir imkanlarını gücləndirir. Bu isə ölkənin həm nəqliyyat sahəsində, həm də geniş anlamda geosiyasi müstəvidə mövqelərini daha da möhkəmləndirir”.

COP29-dan danışan D. Solonnikov deyib: “COP29 qlobal ekoloji gündəmin, “yaşıl keçid” və “yaşıl enerji” mövzularının hələ maksimum dərəcədə aktual olduğu son böyük beynəlxalq konfranslardan biri idi. Məlumdur ki, yaşıl keçid və yaşıl enerji təşəbbüsləri uzun müddət Qərbi Avropa və ABŞ-ın, xüsusilə həmin dövrdə hakimiyyətdə olan liberal administrasiyanın əsas prioritet layihəsi kimi formalaşmışdı. Bu strategiya Avroatlantik liberal elitaların iqtisadi-siyasi yanaşmasının bir hissəsi idi. Məqsəd isə inkişaf etməkdə olan ölkələrin, xüsusən, Asiya və Afrika dövlətlərinin sürətli sənayeləşmə imkanlarını məhdudlaşdırmaq, onların enerji üstünlüyü hesabına iqtisadi sıçrayış etməsinin qarşısını almaqdan ibarət idİ. Başqa sözlə, bu siyasət böyük güclərin öz üstün mövqelərini qorumağa yönəlmiş iqtisadi mexanizm rolunu da oynayırdı. Ucuz enerji resurslarından istifadə etmək imkanı olan ölkələrin qarşısında müxtəlif tənzimləyici, siyasi və ekoloji baryerlər yaradılırdı.Həmin dövrdə Avropa və ABŞ ekologiya məsələsini qlobal siyasətin mərkəzinə çıxararaq onu həm də təsir və təzyiq alətinə çevirmişdi. Təbii ki, ətraf mühitin qorunması bütün dünya üçün həyati əhəmiyyət daşıyır, lakin yaşıl gündəmin bir çox istiqamətlərində geosiyasi məqsədlərə xidmət edən elementlər də açıq şəkildə görünürdü. Bütün bunları nəzərə alanda demək mümkündür ki, COP29 həm qlobal ekoloji siyasətin pik nöqtəsi, həm də yaşıl keçidin böyük güclər arasında rəqabətin mühüm komponentinə çevrildiyi bir mərhələ kimi tarixə düşdü”.

O bildirib ki, Azərbaycanın bölgədə, xüsusən də Mərkəzi Asiya ilə əlaqələrində rolu bu gün daha da güclənib. Burada ən mühüm amillərdən biri logistika və nəqliyyat dəhlizləridir. “Yeni marşrutların formalaşması, yükdaşımaların şaxələndirilməsi və alternativ yolların açılması region ölkələri üçün strateji əhəmiyyət daşıyır. Bu kontekstdə inteqrasiya layihələrinin gələcəyi mühüm sual kimi ortaya çıxır. Çünki Mərkəzi Asiyada və Xəzəryanı bölgədə paralel şəkildə bir neçə iri layihə reallaşdırılır. Bunlara həm iqtisadi əməkdaşlıq paketləri, həm də siyasi-koordinasiya təşəbbüsləri daxildir. Xəzəryanı əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər regionunda mühüm tərəfdaşlardır və bu məkanın tranzit potensialı bütün ölkələr üçün strateji dəyərə malikdir. Digər tərəfdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Türk dünyasının inteqrasiyası, o cümlədən Azərbaycan, Mərkəzi Asiya ölkələri və Türkiyə arasında əlaqələrin möhkəmlənməsi Ankara üçün prioritetdir. Bu baxımdan həm siyasi, həm də iqtisadi əməkdaşlıq dərinləşir. Nəticə etibarilə Azərbaycanın həm Mərkəzi Asiya ilə tərəfdaşlığı, həm də regiondakı logistik üstünlüyü bütün inteqrasiya layihələrinə təsir göstərir. Azərbaycan bu proseslərin mərkəzində yer alır və faktiki olaraq regionun nəqliyyat xəritəsinin yenilənməsində açar rolunu oynayır. Bu isə ümumilikdə Avrasiya məkanında iqtisadi, logistika və enerji xəritəsinin yenidən formalaşmasına gətirib çıxarır”, - deyə D. Solonnikov diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri