Icma.az
close
up
RU
Qazaxıstan mediası: Mərkəzi Asiya və Azərbaycanın əməkdaşlıq əlaqələri böyük perspektiv vəd edir

Qazaxıstan mediası: Mərkəzi Asiya və Azərbaycanın əməkdaşlıq əlaqələri böyük perspektiv vəd edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, Rabil Kətanov, AZƏRTAC

Mərkəzi Asiya respublikalarının dövlət başçıları 2018-ci ildən başlayaraq mütəmadi olaraq hər il Məşvərət Görüşü keçirərək regional əlaqələrin inkişafı məsələlərini müzakirə edirlər. 2023-cü ildən isə Azərbaycanın Prezidenti də bu formatda keçirilən görüşlərdə qonaq qismində iştirak edir. Bu il keçirilən görüş isə tarixi əhəmiyyət daşıyaraq onunla əlamətdardır ki, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu üzvü oldu ki, bu da formatın coğrafiyasının genişlənməsi ilə yanaşı, Mərkəzi Asiya respublikalarının Cənubi Qafqaz regionu ilə əlaqələrinin artmasına səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikir “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin saytında dərc olunan “Daşkənd Sammiti: Mərkəzi Asiya beşliyi, üstəgəl Bakı” sərlövhəli materialda yer alıb.

Materialda nəzərə çatdırılıb ki, Qazaxıstan Mərkəzi Asiyanın logistika mərkəzi olaraq Orta Dəhliz vasitəsilə Avropa və Asiyanı tranzit yollarla birləşdirir. Müəllif Qazaxıstanın Avrasiya Milli Universitetinin eksperti Janat Momınkulovun fikrini də öyrənib. Ekspert deyir: “Azərbaycanın Məşvərət Görüşü formatına tamhüquqlu üzv olması yeni və strateji xarakter daşıyan qarşılıqlı əlaqələr mərkəzinin nüvəsinin formalaşması deməkdir”.

Mərkəzi Asiyanın geosiyasi məkanının genişlənməsi nəqliyyat-logistika quruculuğuna öz müsbət təsirini mütləq göstərəcək. Bu genişlənmə təhlükəsizliyin daha etibarlı təmin olunmasına, nəqliyyat, enerji, ticarət sahələrində daha dərin əməkdaşlığa və qarşılıqlı sərmayə yatırımına böyük imkanlar yaradacaq.

“Bütün yollar Romaya aparır” məşhur deyimini xatırladan ekspert qeyd edib ki, Avropa ilə Asiyanı birləşdirən bütün quru yollar Mərkəzi Asiyadan, əsasən də Qazaxıstandan keçir.

Ekspert xüsusi ilə qeyd edir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun davamı olacaq “Tramp marşrutu (Zəngəzur dəhlizi) çox yaxşı imkanlar vəd edir. Bu yol Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında ticarət əlaqəsi yaradacaq.

Digər bir ekspert - Fəlsəfə, Politologiya və Dinşünaslıq İnstitutunun Sosial Elmlər Mərkəzinin rəhbəri Rustam Mustafin isə nəzərə çatdırıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtona səfəri zamanı Zəngəzur dəhlizinin Ağ Evdə müzakirə etməsi təsadüfi deyil. Prezident K.J.Tokayevin ABŞ-da Beynəlxalq Sülh və Rifah Marşrutunu (Zəngəzur dəhlizini) dəstəklədiyini bəyan etməklə Qazaxıstanın beynəlxalq xarakterli infrastruktur layihələrdə iştirak etmək niyyətini bildirib. Qazaxıstan transkontinental tranzit yollarında rolunu möhkəmləndirir.

Materialda vurğulanıb ki, Mərkəzi Asiyanın və Azərbaycanın əməkdaşlıq əlaqələri böyük perspektiv vəd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 04:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri